YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
03.04.2015 [10:13]
Mübariz Qurbanlı: YAP hər zaman, hər bir situasiyaya hazır olan partiyadır
Məlahət İbrahimqızı: Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafı üçün bütün imkanları yaradıb
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə İcra Hakimiyyətinin binasında Ümummilli lider Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzərək Ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Konfransda YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Sərraf Hüseynov hesabat məruzəsi ilə çıxış edib. S.Hüseynov bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. S.Hüseynov ötən konfransdan keçən müddət ərzində təşkilatın gördüyü işlər haqqında geniş məlumat verib. O qeyd edib ki, hazırda YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin 13 min 119 nəfər üzvü var. Onların 12 min nəfərə yaxını ali təhsillidir.
Tədbirdə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayılov, partiya fəalları Nərgiz Məmmədova, Elnur Rəhimov və Nərmin Qədirova YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra konfransın qətnaməsi qəbul olunub.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Nəsimi rayon gənclərinin fəaliyyətini yüksək dəyərləndirib.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb. Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyini deyən M.İbrahimqızı gəncləri sayıq olmağa, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə layiqli cavab verməyə çağırıb. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafı üçün bütün imkanları yaradıb.
YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev rəhbərlik etdiyi rayonun həyatında gənclərin fəal iştirak etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, rayon rəhbərliyi gənclərin bütün təşəbbüslərinə dəstək verir və bundan sonra da dəstək verəcək.
Konfransda çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinə uğurlar arzulayıb. M.Qurbanlı bildirib ki, YAP bu gün nəinki Azərbaycanın, eləcə də, Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. “Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq YAP Gənclər Birliyinin, o cümlədən, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin üzərinə əlavə məsuliyyət qoyur. Çünki Azərbaycanın hədəfləri böyükdür və hədəflərə çatmaq naminə gənclərimiz bütün imkanlarını səfərbər etməlidirlər. Partiyamızın sıralarında yüksək intellektli gənclər birləşiblər ki, onlar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə qadirdirlər. Sevindirici haldır ki, ölkə gəncliyi birmənalı olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı bildirib ki, YAP ölkəmizdə fəaliyyət göstərən digər partiyalardan müqayisəolunmaz dərəcədə güclüdür. Onun sözlərinə görə, bunun başlıca səbəbi partiyamızın Ulu öndər Heydər Əliyevin ideyalarına söykənməsidir.
“Eyni zamanda, partiyamızda Azərbaycan cəmiyyətinin ən yüksək intellektə malik olan təbəqələri toplaşıb. Bu insanlar vahid azərbaycançılıq ideologiyası ətrafında birləşiblər. Onu da qeyd etmək istəyirəm ki, YAP hər zaman, hər bir situasiyaya hazır olan partiyadır. Ona görə də, hər zaman bütün məsələlərə, o cümlədən, seçkilərə hazırdır və bütün seçkilərdə qələbə qazanır. Partiyamız həm kəmiyyət, həm keyfiyyət, həm də yerli strukturların mükəmməlliyi baxımından çox güclüdür. Partiyamız böyük siyasi məktəbdir. Yüksək intellektli gənclərin YAP sıralarında birləşməsi bizim gücümüzü artırmaqla yanaşı, partiyanın gələcəyi üçün də mühüm amildir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Tədbirdə təşkilati məsələlərə baxılıb, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin 61 nəfərlik Şurası, 27 nəfərlik İdarə Heyəti seçilib. Eyni zamanda, YAP Gənclər Birliyinin hesabat-seçki konfransına 17 nümayəndənin seçilməsi qərara alınıb. Elnur Rəhimov YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, eləcə də, sədrin müavinləri seçilib.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

