/ / YAP Ağstafa rayon təşkilatında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbir keçirilib
YAP Ağstafa rayon təşkilatında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbir keçirilib
28.04.2015 [10:08]
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının Qadınlar Şurası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatı Qadınlar Şurasının sədri Şəhanə Osmanova qeyd edib ki, yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti ilə Zərifə xanım Əliyeva Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmişdi. Zərifə xanım Əliyeva bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi: “Zərifə xanım Əliyeva hər zaman düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim ilk növbədə insanları sevməli, onların ağrısını hiss etməlidir”.
Ağstafa rayon konsultativ poliklinikasının göz həkimi Gülnar Abdullayeva çıxış edərək Zərifə xanım Əliyevanın tibb dünyasına gəldiyi illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin geniş yayıldığını bildirib. Belə bir vəziyyətdə bu infeksion xəstəliyi, eləcə də onun müalicəsini ətraflı şəkildə öyrənən Zərifə xanım Əliyeva şəxsiyyətinə Azərbaycanın ehtiyacı var idi: “Onun 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülməsi elmi fəaliyyəti ilə həkimliyin üzvi bağlantısı idi. O, 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilmişdi. Zərifə xanım dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlib. O, Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olub. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb və keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın olub”.
Tədbirdə Ağstafa Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Fatma Vəliyeva, Ağstafa konsultativ poliklinikasının müdiri Həcər Namazova, Dağ Kəsəmən kənd orta məktəbinin direktoru Təranə Abdullayeva, Ağstafa şəhər 2 saylı orta məktəbin direktoru Vəfa Tağıyeva çıxış edərək Zərifə xanım Əliyevanın keçdiyi işıqlı həyat yoluna nəzər salıblar.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54

