Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir
27.05.2015 [09:28]
YAP Yasamal rayon təşkilatı “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının toplantısı keçirilib
Dünən YAP Yasamal rayon təşkilatı “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının toplantısı keçirilib. Toplantını giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatı “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatı İdarə Heyətinin üzvü, İnstitutun direktoru Fəxrəddin İsmayılov toplantının tariximizin əlamətdar hadisələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünə təsadüf etdiyini bildirərək, deyib ki, tariximizin şərəfli günü kimi qeyd olunan bu əlamətdar tarix respublikamızın hər bir guşəsində xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilir.
F.İsmayılov 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın 1993-cü ildən sonrakı dövrdə əldə etdiyi uğurlardan danışıb. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bugününün və gələcəyinin təminatçısıdır.
YAP Yasamal rayon təşkilatı “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının sədri Xıdır İbrahimov hesabat dövrü ərzində görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, hazırda təşkilatın 349 nəfər üzvü var. Üzv olmaq üçün müraciət edənlərin sayı artır. Təbii ki, bu, Yeni Azərbaycan Partiyasının siyasətinə sadiqlikdən, gələcəyinə inamdan irəli gəlir.
YAP Yasamal rayon təşkilatı sədrinin müavini Tağı Əhmədov çıxışında Azərbaycanın keçdiyi inkişaf yolundan geniş bəhs edərək, bu uğurların təməlində düzgün qurulan siyasətin dayandığını bildirib. Hazırda bütün dünyanın diqqətini ölkəmizə yönəldən mühüm tədbirin-birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də Ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, son 11 ildə əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda Azərbaycan ən yüksək zirvələri fəth edir, beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilir, biri-birindən əhəmiyyətli uğurları ilə beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirir. Ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi də artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir.
YAP Yasamal rayon təşkilatı “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işlər qənaətbəxş dəyərləndirilib. Sonra təşkilati məsələlərə baxılıb. 17 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqlənib. Xıdır İbrahimov yenidən YAP Yasamal rayon təşkilatı “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının sədri, Knyaz İbrahimov sədr müavini seçiliblər. Həmçinin YAP Yasamal rayon təşkilatının X konfransına 9 nümayəndə seçilib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30

