/ / Yusif Babanlı: Açılış mərasimi necə möhtəşəm idisə, ilk Avropa Oyunlarının bağlanış mərasimi də bir o qədər əzəmətli oldu
Yusif Babanlı: Açılış mərasimi necə möhtəşəm idisə, ilk Avropa Oyunlarının bağlanış mərasimi də bir o qədər əzəmətli oldu
30.06.2015 [10:12]
“İlk Avropa Oyunlarının açılış mərasimi necə möhtəşəm idisə, onun bağlanış mərasimi də bir o qədər möhtəşəm və əzəmətli oldu.
Açılış mərasimi yaddaşlarda dərin izlər buraxdığı kimi, bağlanış mərasimi də hələ uzun illər yaddaşlardan silinməyəcək, heyranlıqla xatırlanacaq”. Bu fikirləri “Gün.Az”-a açıqlamasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi İdarə Heyətinin üzvü Yusif Babanlı dilə gətirib. Onun dediyinə görə, belə bir möhtəşəm, son dərəcə əsrarəngiz açılış və bağlanış mərasimi ilə ancaq və ancaq fəxr etmək, qürurlanmaq olar.
“Eyni zamanda, bütün dünya gördü və bir daha əmin oldu ki, Azərbaycan dövləti və xalqı nələrə qadirdir, Azərbaycan adlı məmləkət inkişafın hansı yüksək mərhələsindədir”, - deyən Y.Babanlının sözlərinə görə, həmçinin, bütün dünya gördü və bildi ki, aylardan bəri istər ilk Avropa Oyunlarına, istərsə də bütövlükdə Azərbaycana qarşı aparılan qarayaxmalar, Avropa Parlamentinin, Almaniya Bundestaqının, “London platforması”nın təşkil etdikləri və sinxron şəkildə həyata keçirdikləri anti-Azərbaycan kampaniyası böhtandan, qərəzdən, ikili standartlardan başqa bir şey deyilmiş: “Bütün dünya həm də gördü və özü üçün yəqin etdi ki, cəmi bir neçə il öncə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini öz qətnaməsində əks etdirən, ancaq anti-Azərbaycan kampaniyası “xoru”nda yer alaraq Oyunların gedişatında anti-Azərbaycan ovqatlı qətnamə qəbul edən Avropa Şurası Parlament Assambleyası nə qədər gülünc və zavallı bir vəziyyətdəymiş.
Həmin günlərdə Ermənistanda cinayətkar xuntanın öz xalqına divan tutmasını görməzlikdən gələn, özünü digər beynəlxalq qurumlar kimi korluğa, karlığa, lallığa vuran Avropa Şurası Parlament Assambleyası, xüsusilə, Qross kimiləri Ermənistanı cəzalandırmaq, Sarkisyan hakimiyyətini xalqına qarşı etdiyi antiinsani davranışlara görə məşhər ayağına çəkmək əvəzinə Azərbaycanla bağlı sənəd qəbul edərək, işğal altındakı Dağlıq Qarabağa bitişik 7 rayonun adı olan ifadəni oradan çıxarmış və bir daha anti-Azərbaycan, ermənipərəst dairələrin əlində alət olduğunu sübut etmiş, öz iç üzünü çılpağlığı ilə ortaya qoymuş oldu.
Amma bütün dünya gördü və bir daha görməlidir ki, nə Qrosslar, nə Merkellər, nə Şultslar, nə Lunaçeklər, nə AŞ PA-dakı, nə Avropa Parlamentindəki, nə də Bundestaqdakı digərləri bu cür davranışları, açıq-aşkar qərəzli və ədalətsiz addımları ilə heç nəyə nail ola bilməyəcəklər. Onların Azərbaycanı təzyiqlər yolu ilə öz yolundan döndərməsi, Ermənistanı isə düşdüyü bu xaos və çöküş girdabından xilas etmək istəkləri mümkün olmayacaq. Bu yöndəki bütün cəhdləri fiaskoya uğrayacaq. Nə qədər çox təzyiq göstərsələr, Azərbaycan bir o qədər güclü və möhkəm olacaq, həmçinin, nə qədər xilas cəhdlərində bulunsalar da Ermənistanı inkişafa, tərəqqiyə, sabitliyə qovuşdura bilməyəcəklər. Ermənistanın çöküşü daha sürətli və daha dönməz xarakter alacaq”.
Y.Babanlının fikrincə, Azərbaycan dövləti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara, zəfərlərə imza atacaq: “Azərbaycan bundan sonra da hələ bir çox idman, musiqi yarışmalarına, beynəlxalq toplantılara uğurlu və yüksək səviyyəli ev sahibliyi edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

