YAP Sumqayıt şəhər təşkilatının Seçki Qərargahı imza toplayacaq şəxslər üçün treninq keçirib
12.09.2015 [11:26]
Qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən aparılan işlər uğurla davam etdirilməkdədir. Eyni zamanda, partiyanın yerli təşkilatlarında yaradılan seçki qərargahları fəaliyyətlərini davam etdirir, treninqlər keçirir, yaradılan mobil qruplarla iş aparır.
YAP Sumqayıt şəhər təşkilatının Seçki Qərargahı da öz fəaliyyətini Mərkəzi Aparatın tövsiyə və göstərişləri əsasında qurur. Rayon təşkilatının Seçki Qərargahı imza toplayacaq şəxslər üçün mütəmadi treninqlər keçirir.
Sentyabrın 11-də imza toplayacaq şəxslərlə keçirilən treninqdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının və şəhər təşkilatının Seçki Qərargahının sədri Asif İmaməliyev Sumqayıt şəhərinin inzibati ərazisinə daxil olan seçki dairələrindən YAP-ın irəli sürəcəyi namizədlərin imzatoplama kampaniyasının təşkili üçün hər şeyin hazır olduğunu bildirib. Onun sözlərinə görə, YAP Sumqayıt şəhər təşkilatında yaradılan Seçki Qərargahı var qüvvəsi ilə iş başındadır: “Biz artıq seçki prosesinin bütün mərhələlərinə hazırıq. İmza toplayacaq qruplar hazırlanıb. Mərkəzi Aparatın tövsiyələrinə uyğun olaraq, müşahidəçilərimiz, məşvərətçi səs hüquqlu komissiya üzvləri üçün treninqlər keçiririk. Bütün görülən işlər növbəti seçkilərin də hər zaman olduğu kimi, demokratik və şəffaf keçirilməsinə yaxından yardım etmək məqsədi daşıyır”.
A.İmaməliyev YAP Sumqayıt şəhər təşkilatı Seçki Qərargahının üzvləri arasında iş bölgüsünün aparıldığını və sonrakı mərhələlərdə fəaliyyətlə bağlı tədbirlər planının hazırlandığını dilə gətirib. Onun sözlərinə görə, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də şəhər təşkilatı fəallarının işi və koordinasiyasının uğurlu təşkilidir. YAP Sumqayıt şəhər təşkilatının Seçki Qərargahı bu məsələni daim diqqətdə saxlayır və fəallar mütəmadi olaraq toplaşırlar. Bu toplantılar zamanı hər bir qərargah üzvü gördüyü işlər haqqında məlumat verir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 22:15
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10

