Gəncədə təbliğat-təşviqat kampaniyası davam edir
17.10.2015 [13:24]
40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Musa Quliyev seçiciləri ilə görüşüb
Dünən 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Quliyev Musa İsa oğlu Milli Məclisə seçkilərlə bağlı keçirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşüb. 3-cü mikrorayon, 8 saylı binanın qarşısındakı məhəllə klubunda keçirilən tədbiri YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açıb.
Bildirilib ki, Musa Quliyev parlamentdə Sosial siyasət komitəsinin sədr müavinidir. Komitə əhalinin sosial müdafiəsi, səhiyyə, idman, gənclər siyasəti ilə bağlı qanunvericiliyin hazırlanmasında yaxından iştirak edir. Musa Quliyev deputat kimi fəaliyyəti müddətində 10 qanunun reallaşmasında iştirak edib, Sosial siyasət komitəsində müzakirəyə çıxarılan bütün qanunlarla bağlı fikirlərini bildirib.
“Musa Quliyev Milli Məclisə əvvəlki çağırışda da Gəncədən seçilib. O, tez-tez seçicilərlə görüşür, problemləri ilə tanış olur, həlli yollarını araşdırır, ona müraciət edən hər bir seçiciyə yardım etməyə çalışır, həmçinin ölkənin və şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edir”, - deyə bildirilib.
Görüşdə çıxış edən ağsaqqallar, ziyalılar və gənclər Musa Quliyevin Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirdiklərini, yenidən onun millət vəkili seçilməsi üçün yekdilliklə səs verəcəklərini bildiriblər.
Seçicilər qarşısında çıxış edən Musa Quliyev onun Milli Məclisə deputatlığa namizədliyini növbəti dəfə irəli sürdüklərinə görə partiyanın rəhbərliyinə minnətdarlığını bildirib, yenidən millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barədə danışıb: “Çalışacağam ki, ötən illərdə olduğu kimi, qarşıdan gələn 5 ildə də fəaliyyətimi xalqın, cəmiyyətin istəyinə uyğun qurum, dövlətimizin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə öz töhfəmi verim”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

