/ / YAP-ın 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayonunun rus icmasının nümayəndələri ilə görüşüb
YAP-ın 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayonunun rus icmasının nümayəndələri ilə görüşüb
22.10.2015 [10:42]
Hikmət Babaoğlu: Bu gün Azərbaycan millətlərarası və dinlərarası dialoq baxımından dünyada nümunəvi bir ölkədir
Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu dünən Nərimanov rayonunun rus icmasının nümayəndələri ilə görüşüb. Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev partiyamızın bu seçkilərdə də qələbə qazanacağına əmin olduğunu bildirib.
T.Tağıyev vurğulayıb ki, YAP parlament seçkilərinə böyük inamla gedir. O, 19 saylı Nərimanov birinci Seçki Dairəsindən partiyanın deputatlığa namizədinin “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu olduğunu bildirib. Nərimanov rayonunda yaşayan rus icmasının nümayəndələri ilə görüşün əhəmiyyətli olduğunu deyən T.Tağıyev Azərbaycanda bütün xalqların nümayəndələrinin rahat şəkildə yaşadığını qeyd edib. O, YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlunun tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti haqqında geniş məlumat verib.
Sonra Azərbaycanda rus icmasının Nərimanov rayon nümayəndəliyinin rəhbəri Lidiya Hacıyeva çıxış edərək parlament seçkilərinin ölkə üçün önəmli olduğunu bildirib. Azərbaycanda bütün xalqların bərabərhüquqlu, mehriban şəraitdə yaşadığını deyən L.Hacıyeva burada yaşayan ruslara da dövlət səviyyəsində yüksək diqqət göstərildiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev daim ölkədə yaşayan ruslara böyük qayğı ilə yanaşır: “Biz Prezidentimizin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyirik. Və parlament seçkilərində cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəyik”.
L.Hacıyeva görüş iştirakçılarını noyabrın 1-də seçki məntəqələrinə gəlməyə və YAP-ın namizədi Hikmət Babaoğluna səs verməyə çağırıb.
YAP-ın 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu görüşdə çıxış edərək bildirib ki, bu gün Azərbaycan millətlərarası və dinlərarası dialoq baxımından dünyada nümunəvi bir ölkədir. Onun sözlərinə görə, Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir: “Azərbaycan elə bir ölkədir ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət, həmçinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib”.
Deputatlığa namizəd qeyd edib ki, son illərdə Azərbaycan qlobal iqtisadi əhəmiyyət daşıyan, eyni zamanda, multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkana çevrilib. Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi və çoxkonfessiyalı cəmiyyətə malik olması ölkəmizin sivilizasiyalararası dialoqda rolunun artmasını şərtləndirir.
Deputatlığa namizəd onu da bildirib ki, Ulu öndər Heydər Əliyevi və Onun fəaliyyətini təkcə Azərbaycanda deyil, keçmiş SSRİ miqyasında da yüksək dəyərləndirirlər: “Çünki Ulu öndər Heydər Əliyev vaxtilə SSRİ kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunub. Onu da qeyd edim ki, Ümummilli liderimiz Heydər Əliyev hər zaman ölkəmizdə olan tolerantlığı xüsusi olaraq vurğulayırdı. Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Hikmət Babaoğlu Azərbaycanla Rusiya arasında da dostluq münasibətlərindən danışıb və iki ölkənin strateji tərəfdaş olduğunu diqqətə çatdırıb.
Milli Məclisin hakimiyyətin mühüm qollarından biri olduğunu deyən deputatlığa namizəd parlamentdə təmsil olunmağın məsuliyyətli olduğunu vurğulayıb: “Əgər siz mənə etimad göstərsəniz, parlamentdə sizin layiqli təmsilçiniz olmağa söz verirəm. Hər birinizi 1 noyabr parlament seçkilərində fəal iştirak etməyə çağırıram”.
Sonda deputatlığa namizəd Hikmət Babaoğlu görüş iştirakçılarının arzu və istəklərini, təkliflərini dinləyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 22:40
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02

