YAP Sumqayıt şəhər təşkilatı partiyanın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirib
22.11.2016 [10:06]
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı partiyanın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyulub.
Daha sonra Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə geniş məruzə ilə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev toplantı iştirakçılarını partiyanın yaranmasının 24-cü ildönümü münasibətilə təbrik edib. Ötən 24 il ərzində YAP-ın şərəfli yol keçdiyini deyən A.İmaməliyev 1991-1993-cü illərdə hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasətinin ölkədə xaosa, hərc-mərcliyə yol açdığını önə çəkib. Natiq bildirib ki, Azərbaycan dövlət müstəqilliyinin itirilmə təhlükəsi ilə qarşı-qarşıya qaldığı zamanda Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevə üz tutub. Ümummilli liderin rəhbərliyi ilə yaradılan YAP müasir Azərbaycanın inkişafına öz layiqli töhfəsini verib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib. İcra Hakimiyyətinin başçısı qeyd edib ki, bu gün YAP nəinki bölgənin, böyük bir coğrafiyanın ən mütəşəkkil siyasi təşkilatıdır: “Əminliklə deyə bilərəm ki, gənc nəsil Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşir və dövlətimizin daha da inkişaf etməsi üçün var gücü ilə çalışır”.
Daha sonra çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Orucəli Allahverdiyev, YAP Sumqayıt şəhər təşkilatının Qadınlar Şurasının sədri Nazilə Cəlilova, YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin sədri Elvin Məmmədzadə və başqaları qeyd ediblər ki, Ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası illər ötdükcə inkişaf edib, bu gün sıralarında 700 min nəfərə yaxın insanı birləşdirir. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası özünün Nizamnaməsində qarşıya qoyduğu məqsəd və vəzifələri bu gün də uğurla yerinə yetirir.
Xəbər lenti
Hamısına baxAnalitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09

