/ / Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə Tibb kollecində tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə Tibb kollecində tədbir keçirilib
10.10.2017 [10:02]
Oktyabrın 9-da Səhiyyə Nazirliyinin 2 saylı Bakı Baza Tibb kollecində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 iliyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər - Kollecin rəhbəri Dilarə Məmmədəliyeva, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov və YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova qeyd ediblər ki, ölkəmizin qüdrətinin artırılmasında Yeni Azərbaycan Partiyasının xüsusi xidmətləri var.
Qeyd edilib ki, YAP ölkəmiz üçün ən çətin məqamda, hərc-mərclik və özbaşınalığın hökm sürdüyü, xalqın müstəqilik haqqında ümidlərinin və arzularının itdiyi, milli dövlətçiliyimizin mövcudluğunun təhlükə altında olduğu bir vaxtda yaradılıb. Azərbaycan xalqının gələcəyinin qayğısına qalan ziyalıların Ulu öndər Heydər Əliyevə müraciətindən sonra Onun Naxçıvanda bu partiyanı yaratması haqda xəbər tezliklə ölkəmizin ən ucqar guşələrinə də çatmışdı. Yeni Azərbaycan Partiyasının yaradılmasını qısqanclıqla qarşılayanların təzyiqinə, bu təşəbbüsün müəlliflərinin məruz qaldığı təqiblərə, müxtəlif hədə-qorxulara baxmayaraq, insanlar YAP sıralarına daxil olmağa çəkinmirdilər, çünki onlar türk dünyasının böyük oğlu, bu partiyanın banisi Heydər Əliyevi xalqımızın, müstəqil Azərbaycan dövlətinin xilaskarı kimi görürdülər. YAP öz intellektual səviyyəsi, sosial bazası və Ümummilli lider siyasi kursu sayəsində qısa müddətdə ölkənin aparıcı qüvvəsi kimi formalaşaraq, ümumxalq partiyasına çevrildi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində tezliklə Azərbaycanda siyasi sabitlik bərqərar oldu, ölkənin parçalanması təhlükəsi aradan qalxdı.
Natiqlər Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayaraq qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, bu partiyanın sıralarına qoşulmuş 700 mindən artıq insan partiyanın Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verirlər.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, dərin intellekt sahibi, unudulmaz şəxsiyyət olan Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahədə çalışan insanlara, xüsusən səhiyyə işçilərinə daim diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar hazırlanması məhz Ulu öndərin adı ilə bağlıdır.
Natiqlər vurğulayıblar ki, Ulu öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən ardıcıl sürətdə reallaşdırılır. Ölkənin səhiyyə sistemində aparılan əsaslı islahatlar, tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi, həkimlərin və tibb işçilərinin ixtisas səviyyəsinin artırılması son nəticədə tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarır. Qeyd edilib ki, dövlət başçısının rəhbərliyi ilə ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanalar tikintisi, mövcud tibb müəssisələrin yenidən qurulması prosesi geniş vüsət alıb. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün səhiyyənin ayrı-ayrı sahələrində dövlət proqramlarının rolu vurğulanıb.
Sonra YAP sıralarına yeni daxil olmuş gənclərə üzvlük biletləri təqdim edilib.
Tədbir bədii proqramla davam edib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

