/ / YAP Hacıqabul rayon təşkilatı “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır” mövzusunda tədbir keçirib
YAP Hacıqabul rayon təşkilatı “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır” mövzusunda tədbir keçirib
28.10.2017 [00:13]
Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının tədbirlər planına əsasən YAP-ın yaranmasının 25-ci ildönümü münasibəti ilə Hacıqabul rayon Mərkəzi Xəstəxanasında “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının rayon Mərkəzi Xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Beydulla Qarayev yubiley münasibətilə hər kəsi təbrik edib. Ötən 25 il ərzində YAP-ın şərəfli yol keçdiyini deyən B.Qarayev 1990-cı illərin əvvəlində Azərbaycandakı siyasi vəziyyətdən danışıb. Bildirib ki, 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasəti ölkədə xaosun, hərc-mərcliyin yaranmasına yol açdı, Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldı. Natiq qeyd edib ki, məhz həmin dövrdə Azərbaycan xalqı ölkənin xilası üçün Ulu öndər Heydər Əliyevə üz tutdu. Ulu öndər Heydər Əliyevin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrildi. B.Qarayev bildirib ki, partiyamız hər zaman milli maraqların keşiyində dayanıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edir.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov bildirib ki, YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib. Qeyd olunub ki, bu gün YAP nəinki bölgənin, böyük bir coğrafiyanın ən mütəşəkkil siyasi təşkilatı sayılır: “İnanıram ki, xalqımız hər zaman Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşəcək və dövlətimizin daha da inkişaf etməsi üçün var gücü ilə çalışacaq”.
Çıxış edən YAP Hacıqabul rayon təşkilatının idarə heyətinin üzvü Məhəmməd Mirzəyev də ölkəmizin dünyada tanıdılması istiqamətində aparılan siyasətin mühüm uğurlar əldə etdiyini önə çəkib. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir qrup səhiyyə işçisinə partiya vəsiqələri təqdim olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34

