/ / YAP Qazax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə yubiley tədbiri keçirib
YAP Qazax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə yubiley tədbiri keçirib
15.11.2017 [10:13]
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı partiyanın yaradılmasının 25 illiyi münasibətilə yubiley tədbiri keçirib. Tədbirdə partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov Yeni Azərbaycan Partiyasının 25 il ərzində keçdiyi şərəfli yol, qazandığı uğurlar haqqında geniş məruzə ilə çıxış edib. H.Pənahov 90-cı illərin əvvəlində Azərbaycandakı siyasi vəziyyətdən danışıb. Bildirib ki, 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasəti ölkədə xaos, hərc-mərcliyin yaranmasına yol açdı, Azərbaycanın dövlət müstəqilliyi itirilmə təhlükəsi ilə qarşı-qarşıya qaldı. Natiq qeyd edib ki, məhz həmin dövrdə Azərbaycan xalqı Azərbaycanın xilası üçün Ulu öndər Heydər Əliyevə üz tutdu. 91 ziyalının imzası ilə YAP-ın yaradılması və Ümummilli liderin bu siyasi təşkilata rəhbərlik etməsi ilə bağlı müraciəti Ulu öndər Heydər Əliyev müsbət cavabladı. Ulu öndər Heydər Əliyevin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrildi. H.Pənahov bildirib ki, partiyamız hər zaman milli maraqların keşiyində dayanıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edir.
Çıxış edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov partiyanın cəmiyyətdəki rolundan danışıb. İcra Hakimiyyətinin başçısı bildirib ki, YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib və bu gün YAP nəinki bölgənin, böyük bir coğrafiyanın ən mütəşəkkil siyasi təşkilatı sayılır: “İnanıram ki, gənc nəsil Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşəcək və dövlətimizin daha da inkişaf etməsi üçün var gücü ilə çalışacaq. Möhtərəm Prezidentimizin səyi ilə nail olduğumuz uğurlar davam edəcək və bizlər də dayanmamalıyıq, ildən-ilə daha böyük uğurlar üçün çalışmalı, möhtərəm Prezidentimizin ətrafında sıx birləşməliyik”.
Tədbirdə həmçinin YAP Qazax rayon təşkilatının Şura üzvü Abbas Göyüşov, YAP Qazax rayon təşkilatının sədr müavini Səfurə Vəliyeva, YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal İsmayılov, partiya fəalı şair Kazım Kazımlı çıxış ediblər. Tədbirdə bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub. Bayram tədbiri Qazax rayon Mədəniyyət Mərkəzinin musiqi ansamblının və rayon aşıqlarının maraqlı konsert proqramı ilə davam etdirilib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

