Mingəçevirdə YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib
21.11.2017 [09:54]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər İcra Hakimiyyəti birgə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP-ın 25 illik fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Daha sonra tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov əlamətdar hadisə münasibətilə partiyanın üzvlərini təbrik edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılmasının tarixi hadisə olduğunu deyən C.Yusubov bildirib ki, bu hadisə Azərbaycan üçün dönüş nöqtəsi oldu. Onun sözlərinə görə, qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi: “Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçib. Bu gün sıralarımızda 700 mindən çox üzv vardır. Hazırda Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard siyasi təşkilatı, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir qüvvədir. Partiya öz Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin etimadını doğruldur və ölkə qarşısında duran problemlərin həllində yaxından iştirak edir. Məhz bu səbəbdəndir ki, bu gün yüz minlərlə insan taleyini partiya ilə bağlayır”.
Sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Onun sözlərinə görə, partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Biz əminik ki, bütün mingəçevirlilər bu vəzifələrin öhdəsindən layiqincə gələcəklər”.
Daha sonra YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurasının sədri Nurcamal Əsgərova, YAP Mingəçevir şəhər təşkilatının İdarə Heyətinin üzvü Ramiz Kərimov və YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev çıxış ediblər.
Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

