YAP İsmayıllı rayon təşkilatının IX konfransı keçirilib
21.11.2017 [09:56]
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının IX konfransı keçirilib. Konfransdan əvvəl qonaqlar və konfrans nümayəndələri Ulu öndər Heydər Əliyevin İsmayıllı rayonun mərkəzindəki abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, millət vəkilləri Novruzəli Aslanov və Şəmsəddin Hacıyev, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Həsən Daşdəmirov iştirak ediblər.
Konfransdan öncə YAP-ın yaradıcısı Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova ötən dövr ərzində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib.
Tədbirdə Nəzarət-Təftiş Qrupunun hesabatı da dinlənilib. Eləcə də çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov YAP-ın ölkənin siyasi həyatında əvəzolunmaz rolundan bəhs edərək bildirib ki, Ulu öndərin rəhbərliyi ilə yaradılan partiya hər zaman milli maraqlarımızın keşiyində dayanıb. M.Sadıqov qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf edir, gözəlləşir, güclənir. Sevindirici haldır ki, bu uğurlu siyasət dahi liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Məruzə ətrafında YAP İsmayıllı rayon təşkilatının Qadınlar Şurasının sədri Xuraman Qurbanova, YAP İsmayıllı rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi Qönçə Ağazadə, İvanovka ərazi ilk partiya təşkilatının sədri Olqa Jabina çıxış ediblər.
Konfransda çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox vətəndaşımız birləşib: “Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ölkəmizin dünyada tanınmasına nail olub”.
Çıxış edən millət vəkilləri Novruzəli Aslanov və Şəmsəddin Hacıyev də partiyanın keçdiyi tarixi yoldan, Ümummilli lider Heydər Əliyevin partiyaya rəhbərlik illərindən, ölkə Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlarından danışıblar.
Konfransda həmçinin təşkilati məsələlərə baxılıb. Təşkilatın 39 nəfərdən ibarət Şurası, 21 nəfərdən ibarət İdarə Heyəti və 7 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib. Sevil Əhmədova yenidən YAP İsmayıllı rayon təşkilatının sədri seçilib. Tədbirdə partiyaya yeni üzv olmuş şəxslərə partiya vəsiqələri verilib. İctimai proseslərdə fəallıq göstərən bir qrup YAP üzvünə isə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

