YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirilib
27.01.2018 [10:25]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hesabat dövrü ərzində görülən işlərin, reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. O bildirib ki, YAP Binəqədi rayon təşkilatı fəaliyyətində daim Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Onun sözlərinə görə, qazanılan nailiyyətlərdə rayon təşkilatının fəal gənclərinin əməyi var. R.Göyüşov təşkilatın Gənclər Birliyinin fəaliyyətinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Daha sonra YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Fəsli Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, təşkilatın Gənclər Birliyi tərəfindən Heydər Əliyev irsinin araşdırılması, öyrənilməsi və təbliğ edilməsi, ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən mühüm islahatlara, ölkəmizin hərtərəfli inkişafına hədəflənmiş fəaliyyətə həsr olunmuş ideoloji işlərin aparılması, gənclərin maarifləndirilməsi üçün təxirəsalınmaz işlər görülüb. Natiq həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini söyləyib.
Məruzəsi ətrafında çıxış edən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəalı Nicat Şükürlü və Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs ediblər. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasətinin bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.
Çıxışlardan sonra hesabat məruzəsi səsə qoyularaq qəbul edilib.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək bildirib ki, Azərbaycanda bütün sahələr kimi gənclərlə iş sahəsində də mühüm işlər həyata keçirilir. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənclərin yanında olub və gənclərə dəstək verib. S.Orucov qeyd edib ki, ölkəmizdə bütün sahələrdə layiqincə təmsil olunan gənclər içərisində Yeni Azərbaycan Partiyasının üzvlərinin xüsusi rolu var. Belə ki, partiyanın gəncləri öz yüksək intellektual potensialı, savadı, bacarığı ilə və dövlətə, Ulu öndərin ideyalarına göstərdikləri sədaqətlə daim fərqlənirlər. Çıxışının sonunda Binəqədi gənclərinin aktivliyindən danışan natiq partiyanın bütün tədbirlərində, həmçinin sosial mediada təbliğat işlərinin qurulmasında onların fəal çalışdıqlarını nəzərə çatdırıb.
Yığıncaqda çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən, dövlətçiliyimizin möhkəmlənməsinə və xalqımızın rifahına hesablanmış mühüm islahatlardan bəhs edib. O, Binəqədi gənclərinin dövlətimizi və xalqımızı daim ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğulayıb.
Sonra təşkilati məsələlərə baxılıb və YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin 37 nəfər Şura və 21 nəfər İdarə Heyətinin üzvü seçilib.
Fəsli Nəbiyev YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.
Qeyd edək ki, hesabat-seçki yığıncağında Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib. Həmçinin bir qrup fəal gənc fəxri fərmanla təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30

