Xalq öz alternativsiz lideri cənab İlham Əliyevi yenidən Prezident seçəcək
27.03.2018 [10:44]
Siyəzən rayonunun Məşrif, Zarat və Həmyə kəndlərində YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Məşrif, Zarat və Həmyə kəndlərində seçicilərlə görüşlər keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın inkişafı younda əmin addımlarla irəlilədiyini diqqətə çatdırıb: “Azərbaycanın bütün sahələrdə çoxsaylı uğurlar əldə etməsini təmin edən amil cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətdir. Bu siyasətin davamlı olması və ölkəmizin yeni nailiyyətlər əldə etməsi üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Siyəzən ictimaiyyəti hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və aprelin 11-də bir daha bu mövqeyimizi nümayiş etdirəcəyik”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu 700 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olduğunu və partiyanın Sədri cənab İlham Əliyevin Azərbaycan xalqının namizədi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan çoxsaylı nailiyyətlər əldə edib, ölkəmizin dayanıqlı inkişafı təmin edilib, beynəlxalq mövqeyi daha da möhkəmlənib: “Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib”.
Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyi təmin edib, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə Azərbaycanın sabitlik adası kimi beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsinə nail olub: “Ölkəmizdə regionların dinamik inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşması, işsizliyin, yoxsulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə azalması, ordu quruculuğu sahəsində mühüm nailiyyətlərin əldə edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olunması və digər mühüm uğurlar məhz Prezident İlham Əliyevin səmərəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Bu kimi çoxsaylı uğurlar, əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək və xalq öz alternativsiz lideri olan İlham Əliyevi yenidən Prezident seçəcək”.
Milli Məclisin deputatı Tahir Süleymanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib: “Dünyada maliyyə-iqtisadi böhranın olduğu şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilib, nəzərdə tutulan bütün proqramlar, o cümlədən infrastruktur layihələri müvəffəqiyyətlə icra olunub. Bütün bunlar əhalinin həyat şəraitinin daha da yaxşılaşmasını təmin edib”.
Azərbaycan xalqının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəklədiyini diqqətə çatdıran millət vəkili əlavə edib ki, hər bir vətəndaş dövlətin yüksək diqqət və qayğısını öz üzərində hiss edir: “Güclü sosial siyasət insanların rifahını yüksəldir. Buna görə də əminliklə deyə bilərik ki, aprelin 11-də Azərbaycan xalqının seçimi məhz cənab İlham Əliyev olacaq”.
Daha sonra çıxış edən seçicilər aprelin 11-də Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

