YAP Suraxanı rayon təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib
15.09.2018 [10:20]
Sentyabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Əvvəlcə məktəblilərin ifasında bədii kompozisiya təqdim olunub, sonra YAP-ın fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox mühüm uğurlara nail olub.
V.Seyidov deyib ki, YAP Suraxanı rayon təşkilatı 25 ildir ki, respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, qazandığı uğurlarla YAP-a və ölkəmizə xidmət göstərir. Sevindirici haldır ki, YAP Suraxanı rayon təşkilatının üzvləri ölkəmizdə keçirilən bütün seçkilərdə və referendumlarda olduqca fəal iştirak ediblər, rayon təşkilatı yüksək peşəkarlıq nümayiş etdirib, rayon təşkilatının üzvləri dövlət rəhbərinə və partiyamıza sədaqətləri ilə seçiliblər. V.Seyidov deyib ki, rayon təşkilatı fəaliyyət göstərdiyi 25 il ərzində rayon ərazisində 110 ərazi ilk partiya təşkilatında 8469 nəfər üzvü ətrafında sıx birləşdirib. Təşkilat üzvlərindən 4365 nəfəri qadın, 3528 nəfəri isə gənclərdir.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi dövr ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Onun sözlərinə görə, YAP ölkəmizin ən böyük siyasi qüvvəsidir. E.İbrahimov qeyd edib ki, partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlarda özünün böyük töhfələrini verib. YAP İdarə Heyətinin üzvü müstəqillik illərində Azərbaycanın bütün sahələrinin inkişaf etdiyini, beynəlxalq müstəvidə böyük nüfuz qazandığını vurğulayıb. O, 25 illiyini qeyd edən YAP Suraxanı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında partiyanın yaranma tarixindən danışıb və xalq qarşısında xidmətlərindən ətraflı bəhs edib.
Tədbirdə rayon təşkilatının fəallarına fəxri fərmanlar, YAP sıralarına yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22

