/ / YAP cəmiyyətin mərhələli, davamlı siyasi, iqtisadi və sosial islahatlar bazasında dinamik surətdə inkişafını təmin edən proqramlar ortaya qoyur
YAP cəmiyyətin mərhələli, davamlı siyasi, iqtisadi və sosial islahatlar bazasında dinamik surətdə inkişafını təmin edən proqramlar ortaya qoyur
10.11.2009 [09:45]
Ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarət olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ilidir. Bu müddət ərzində ətrafına 500 minlik kontingent toplamağı bacaran ümummilli partiyamız faktiki olaraq qarşısına qoyduğu məqsəd və vəzifələri layiqincə yerinə yetirməyi bacarıb. Əlbəttə ki, əldə olunmuş nailiyyətlərin fundamentini xalq dəstəyinin və etimadının təşkil etməsi YAP-ın geniş fəaliyyətini daha səmərəli və uzunmüddətli edir... Noyabr ayının 21-də 17 yaşı olacaq Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu və böyük uğurlarla köklənmiş vəzifələri barədə ayrı-ayrılıqda YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri ilə söhbətləşdik.
Qeyd edək ki, YAP-ın Nizamnaməsində öz əksini tapmış vəzifələrdən biri “Azərbaycan Respublikasının reallıqlarını və xüsusiyyətlərini nəzərə alan mərhələli, davamlı siyasi, iqtisadi və sosial islahatlar bazasında cəmiyyəti tədricən, dinamik surətdə inkişaf etdirməkdir”... Məhz bu vəzifə ətrafında partiyanın Siyasi Şurasının üzvü, YAP Əzizbəyov rayon təşkilatının sədri Namiq Əhmədovun fikirlərini öyrəndik:
- 17 il öncə Azərbaycanda baş verən siyasi prosesləri hər kəs yaxşı bilir. Yaxşı deyiblər “keçmiş tarixini unutma. çünki gələcəyini onun üzərində quracaqsan”. Bu baxımdan da, hər dəfə Azərbaycan tarixində yer almış bədbin hadisələrdən, günlərdən xatırlatmalar olmalıdır ki, gələcəyimizi həmin günlərə nəzərən daha parlaq qura bilək...
1992-ci ildə Naxçıvanda Azərbaycanın və bütövlükdə xalqımızın gələcəyi haqqında düşünülərkən, Bakıda hakimiyyəti silah tətbiq etməklə ələ keçirən AXC-Müsavat cütlüyü cəmiyyəti parçalamaqla məşğul idi. Dövləti tamamilə şəxsi maraqların təmin olunmasına istiqamətlənmiş mexanizmə çevirən AXC-Müsavat cəmiyyəti bütövləşdirə biləcək, ölkəni inkişaf etdirəcək proqramlar ortaya qoymadı... Beləliklə də, Azərbaycanı uçurum kənarına atdılar...
Amma o zaman xalqımızın və dövlətçiliyimizin xilası naminə Naxçıvanda tariximizə qızıl hərflərlə yazılmış addım atıldı... ümummilli lider Heydər Əliyev Sədr seçilməklə Azərbaycan Respublikasının reallıqlarını və xüsusiyyətlərini nəzərə alan mərhələli, davamlı siyasi, iqtisadi və sosial islahatlar bazasında cəmiyyəti tədricən, dinamik surətdə inkişaf etdirən, bu istiqamətdə platformalar işləyib hazırlayan Yeni Azərbaycan Partiyası yaradıldı...
Həmin dövrdən başlayaraq, ümummilli partiya olaraq Yeni Azərbaycan Partiyası xalqın mənafeyinə xidmət edən, onların tələblərini maksimum şəkildə ödəyən proqramlar işləməklə cəmiyyəti inkişaf etdirdi... Bu iş bu gün də uğurla davam etdirilir...
Əlbəttə ki, cəmiyyətin sosial, iqtisadi, siyasi və hüquqi inkişafının təşkil edilməsi müxtəlif meyarlardan asılıdır. İlk növbədə, burada Azərbaycan dövlətinin reallıqları nəzərə alınır. Yəni, ölkəmizin coğrafi mövqeyi, təbii resursları, ictimai-siyasi vəziyyəti və digər amilləri nəzərə alınmaqla inkişaf konsepsiyası hazırlanır. Bu konsepsiyada artıq mərhələli şəkildə cəmiyyətin müxtəlif istiqamətlərdə artan xətlə inkişafı təmin edilir...
Təbii ki, bu gün partiyamızın Sədri cənab Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirir. Məhz ölkəmizin reallıqları və xüsusiyyətləri nəzərə alınaraq hazırlanmış proqramlar əsasında cəmiyyətin mərhələli, davamlı siyasi, iqtisadi və sosial islahatlar bazasında dinamik surətdə inkişafı təmin edilir. Bunun nəticəsidir ki, bu il dünya ölkələrinin qlobal böhran çərçivəsində iqtisadi geriliyə düçar olduğu bir şəraitdə Azərbaycanda ümumi daxili məhsul 6,1 faiz, sənaye istehsalı 5 faiz, kənd təsərrüfatı 3 faiz, əhalinin pul gəlirləri təxminən 10 faiz artıb...
Bir çox ölkələrdə iqtisadi tənəzzül 10-20 faiz səviyyəsində olduğu halda, respublikamızın dinamik və davamlı inkişaf etməsi onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir. Son illər ərzində aparılan köklü islahatlar, ölkə iqtisadiyyatının diversifikasiyalaşdırılması istiqamətində atılan addımlar hazırki iqtisadi artımı şərtləndirib, öz bəhrəsini verir...
Bir sözlə, YAP cəmiyyətin mərhələli, davamlı siyasi, iqtisadi və sosial islahatlar bazasında dinamik surətdə inkişafını təmin edən proqramlar ortaya qoyur və əminəm ki, xalqın etimadını qazanmış partiyamız ümummilli qüvvə olaraq, bu statusunu və vəzifəsini uzun müddət həyata keçirəcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50

