Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycançılıq milli həmrəyliyin möhkəm təməlidir

Azərbaycançılıq milli həmrəyliyin möhkəm təməlidir

16.09.2026 [19:03]

Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının XII konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev hesabat məruzəsində rayon təşkilatının fəaliyyəti və qazandığı uğurlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, partiyanın VII qurultayı müasir çağırışlara uyğun fəaliyyətin gücləndirilməsi baxımından mühüm mərhələ olub. Natiq vurğulayıb ki, Azərbaycanın özünü güclü və qüdrətli dövlət kimi təsdiq etməsində, regional güc mərkəzinə – bölgənin lider dövlətinə çevrilməsində, eləcə də Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərlə tarix yazaraq adını əbədi olaraq tarixə həkk etməsində Yeni Azərbaycan Partiyasının müstəsna rolu və dəyərli töhfəsi olmuşdur.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd edib ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində dövlətçilik düşüncəsinin, milli həmrəyliyin və xalqın gələcəyə olan inamının başlıca daşıyıcılarından birinə çevrilərək özünü nüfuzlu siyasi qüvvə kimi təsdiqləmişdir. O bildirib ki, Azərbaycan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Natiq həmçinin Lənkəran şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərindən, sosial-iqtisadi layihələrdən və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışaraq, bu sahədə YAP üzvlərinin fəal iştirakını xüsusi vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki əvəzsiz rolundan bəhs edərək, Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Natiq qalib Azərbaycanın yaratdığı yeni reallıqlardan, regionda yeni sülh və təhlükəsizlik arxitekturasının formalaşması istiqamətində atılan mühüm addımlardan geniş danışaraq, ölkəmizin orta güc statusuna yüksəlməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrini uğurla inkişaf etdirməkdədir.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Cavanşir Paşazadə Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafında xidmətlərinin danılmaz olduğunu və partiyanın bu istiqamətdə gördüyü işlərin cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırıb. O həmçinin Vətən müharibəsində qazanılan şanlı Zəfər və bir gündən az davam edən antiterror əməliyyatı ilə ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunmasının, azad olunan ərazilərimizdə aparılan böyük bərpa və quruculuğu xalqımızın milli iradəsinin və dövlətimizin gücünün göstəricisi olduğunu söyləyib.

Sonra Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru, ərazi partiya təşkilat sədri Ramiz Şəmmədova, Lənkəran Dövlət Universiteti nəzdində Sosial Aqrar-Texnoloji Kollecin direktoru, ərazi partiya təşkilat sədri Leyla İbrahimova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran Rayon Təhsil Sektorunun müdiri, ərazi partiya təşkilatının sədri Ağamməd Şənmədova çıxış ediblər.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən dövr ərzində görülən işlərdən danışaraq partiyanın Proqram və Nizamnamə tələblərinə uyğun olaraq yerli təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində sistemli işlərin həyata keçirildiyini vurğulayıb.

Konfransda YAP Lənkəran rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Siyasət

22-ci səfər...

16 Sentyabr 11:39  

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30