Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri birgə, sülh şəraitində yaşayır
13.11.2009 [09:56]
Ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ideyası ətrafında birləşdirilməsindən ibarət olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ili tamam olur. Bu müddət ərzində ətrafına 500 minlik kontingent toplamağı bacaran ümummilli partiyamız faktiki olaraq qarşısına qoyduğu məqsəd və vəzifələri layiqincə yerinə yetirməyi bacarıb. Əlbəttə ki, əldə olunmuş nailiyyətlərin fundamentini xalq dəstəyinin və etimadının təşkil etməsi YAP-ın geniş fəaliyyətini daha səmərəli və uzunmüddətli edir...
Noyabr ayının 21-də 17 yaşı tamam olacaq Yeni Azərbaycan Partiyasının Nizamnaməsində öz əksini tapmış vəzifələrdən biri “millətlərin, etnik qrupların, mədəniyyətlərin və dinlərin azad inkişafına nail olmaqdır”...
Partiyamızın bu vəzifəsi ilə bağlı YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilovun fikirlərini öyrəndik:
- Sovet imperiyasının dağılması ərəfəsində həm yerli, həm də xarici qüvvələrin əli ilə müxtəlif respublikalar daxilində etnik və ya dini münaqişələr yaradılırdı. Bu münaqişələr isə sonda onların parçalanmasına, ərazi iddialarına və müharibələrə gətirib çıxarırdı. Əlbəttə, postsovet məkanının bir parçası kimi, Azərbaycanın ermənilərin ərazi iddialarının qurbanı olması və təcavüzə məruz qalması söylənilənlərin əyani sübutudur. Amma burada fərqləndiriləsi və tənqid ediləsi məqamlar çoxdur...
Yəni, Ermənistan Azərbaycana qarşı həm ideoloji, həm də hərbi baxımdan müharibəyə başlayarkən, hakimiyyət sükanı arxasında əyləşərək, şəxsi mənafeləri naminə ölkəni xaosa sürükləyən AXC-Müsavat cütlüyü ermənilərin işğalının qarşısını ala biləcək hər hansısa addım atmadı. Əksinə, bu cütlük ölkədə bölücülük siyasəti apararaq cəmiyyətdə parçalanmalar yaratdı. Məhz onların yarıtmaz siyasəti nəticəsində ayrı-ayrı millətlərin, dinlərin nümayəndələri artıq mərkəzi hakimiyyətə qarşı çıxırdı. Bu fakt isə özlüyündə Azərbaycanı nəzarətdə saxlamağa çalışan xarici qüvvələrin əlinə böyük əsas verirdi.
Məhz belə bir ərəfədə, 1992-ci ildə Azərbaycan xalqının bütövlüyünü, cəmiyyətin sağlamlığını təmin edə biləcək addım Naxçıvanda atıldı. Ziyalıların təklifilə həmin ilin noyabr ayının 21-də qarşısında böyük çətinliklər, problemlər duran, lakin xalqın dəstəyilə bütün mürəkkəbliklərin öhdəsindən gəlməyi bacaran Yeni Azərbaycan Partiyası yaradıldı. Başda ümummilli liderimiz Heydər Əliyev olmaqla, Yeni Azərbaycan Partiyası, eyni zamanda, millətlərin, etnik qrupların, mədəniyyətlərin və dinlərin azad inkişafına nail olmaq vəzifəsini həyata keçirməyə başladı...
Bu gün Yeni Azərbaycan Partiyası cənab Prezidentimiz İlham Əliyevin Sədrliyilə Ulu öndərimizin əsasını qoyduğu ideyaları reallaşdırır. Bəli, bu uğurlu fəaliyyətin nəticəsidir ki, Azərbaycan hazırda Qərblə Şərq arasında yerləşən dəhliz kimi, həm də tolerantlıq məkanı olaraq tanınır. Azərbaycanda yaşayan bütün millətlərin, dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti, azad inkişafı üçün bütün imkanlar yaradılıb. 500 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında çoxlu sayda digər xalqların və dinlərin nümayəndələrindən üzvlər var. ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələri sərbəst şəkildə təhsil alır, işləyir və dövlət idarəçiliyində də iştirak edirlər. Bütün bunlar onu göstərir ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri birgə, sülh şəraitində yaşayır...
ümumiyyətlə, Yeni Azərbaycan Partiyası Azərbaycanın tarixi irsi, zənginliyi olan tolerantlığın inkişafı üçün bir platforma formalaşdırıb. Bu platforma üzərində bütün xalqların və dinlərin nümayəndələri birgə çalışır, qarşılıqlı anlaşma şəraitində böyük layihələr həyata keçirirlər. Bununla, bütün insanlar vahid ideologiya ətrafında sıx birləşirlər...
ölkəmizdə ayrı-ayrı xalqların və dinlərin nümayəndələrinin sərbəst şəkildə fəaliyyət göstərməsinə hüquqi səviyyədə də geniş imkanlar yaradılıb. Partiyamız xalqımızın tələblərinə uyğun olaraq Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi təklifilə çıxış etdi və bu təkliflər ümumxalq səsverməsində dəstəkləndi...
Əlbəttə, bunlar Azərbaycan xalqının sərvətidir, mənəvi və mədəni varlığının sübutudur. Düşünürəm ki, bunlarla Azərbaycan dünyaya tolerantlıq nümunəsi təqdim edir və Yeni Azərbaycan Partiyası reallaşdırdığı vəzifəylə bu sərvəti qoruyur, inkişaf etdirir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24

