/ / YAP Xətai rayon təşkilatı Prezident İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsinin 1 illiyinə həsr olunmuş tədbir keçirib
YAP Xətai rayon təşkilatı Prezident İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsinin 1 illiyinə həsr olunmuş tədbir keçirib
12.04.2019 [09:40]
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı rayon İcra Hakimiyyəti ilə birlikdə cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 1 illiyinə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov xatırladıb ki, 2018-ci il aprelin 11-də ölkəmizdə tam demokratik şəraitdə və beynəlxalq standartlara uyğun, azad və ədalətli keçirilən prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyəti möhtərəm Prezident İlham Əliyevə növbəti dəfə etimad göstərərək müstəqil Azərbaycan Respublikasının qarşıdakı dövrdə də sabit, dinamik inkişafına, xalqımızın rifahının davamlı yüksəlməsinə səs verdi. Onun sözlərinə görə, Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Rayon təşkilatının sədri vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun müasirləşdirilərək uğurla həyata keçirilməsi Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edib.
Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin qazandığı möhtəşəm nailiyyətlər barədə geniş məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb və bu gün ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Baş redaktor deyib ki, ötən 1 ildə isə Azərbaycanda həyata keçirilən islahatlar daha da dərinləşib, sosial və iqtisadi sahədə inqilabi əhəmiyyətli qərarlar qəbul olunub.
Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə isə bildirib ki, Azərbaycanda 2003-cu ildən başlayaraq sosial-iqtisadi, siyasi, hüquqi və digər sahələrdə aparılan islahatlar son bir ildə də uğurla davam etdirilib. Komitə sədri Azərbaycanın regionda əsas söz sahibinə çevrildiyini bildirib. Z.Səmədzadə qeyd edib ki, prezident seçkilərindən dərhal sonra ölkəmizdə iqtisadi və sosial islahatların yeni mərhələsinə start verilib. O cümlədən iqtisadi inkişafın davamlılığını, qeyri-neft sektorunda yeni istehsal və ixrac imkanları yaradılmasını hədəfləyən islahatlar da uğurla reallaşdırılıb. “Azərbaycanda əhalinin bütün təbəqələrinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur”, - deyə Z.Səmədzadə qeyd edib.
Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq Quliyev isə həyata keçirilən islahatlardan danışıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilib. R.Quliyev həmçinin rayonda həyata keçirilən layihələrdən, sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlərdən də danışıb.
Tədbirdə çıxış edən digər natiqlər də ötən bir ildə əldə edilən uğurlardan bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35

