/ / Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
20.04.2019 [10:22]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonda yerləşən abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Qaradağ rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov əvvəlcə respublikamızda həyata keçirilən gənclər siyasəti haqqında məlumat verib. O, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Aydın Hüseynov həmçinin ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd edib ki, YAP gənclərə özlərini təsdiq etmək və inkişaf etdirmək üçün münbit platforma təklif edir. YAP-ın sıralarında birləşən vətənpərvər gənclər ordusu Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir.
Millət vəkili A.Hüseynov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir.
Daha sonra YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, YAP Qaradağ rayon təşkilatının 12124 nəfər üzvü var ki, bunlardan 4282 nəfərini gənclər, 3627 nəfərini isə qadınlar təşkil edir: “Gənc üzvlərimizin 1490 nəfəri ali, 832 nəfəri orta ixtisas, 1960 nəfəri orta təhsillidir. Gənclərin 434 nəfəri təhsil, 182 nəfəri səhiyyə, 52 nəfəri idarəetmə sahəsində, qalan üzvlər digər idarə və müəssisələrdə çalışır, onların 294 nəfəri isə tələbədir. 26 gəncimiz 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etimadını qazanaraq, bələdiyyə üzvü seçiliblər. Hesabat dövründə YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sıralarına 721 nəfər qəbul olunub”.
Hesabat haqqında çıxış edən gənclər - Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Seyidməmməd Məmmədzadə, Bakı Gəmiqayırma Zavodunun meneceri Namiq Vəliyev, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı İdarəsinin mütəxəssisi Zaur Baxşəliyev, Azərbaycan Dövlət İdman Akademiyasının tələbəsi Rafail Quliyev, YAP Qaradağ rayon təşkilatı aparatının məsləhətçisi Könül Əhmədova, Bakı Dövlət Universitetinin tələbəsi Səbinə Hüseynli, Aprel döyüşlərinin iştirakçısı Həsrət Alxasov və digərləri YAP Qaradağ rayon təşkilatının ötən dövrdəki fəaliyyətini yüksək qiymətləndirərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurları barədə də məlumat veriblər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov da YAP Qaradağ rayon təşkilatının gənc üzvlərinin Qaradağ rayonunun və bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini vurğulayaraq konfansın işinə və rayon təşkilatı Gənclər Birliyinin yeni seçiləcək Şura və İdarə Heyətinin üzvlərinə uğurlar arzulayıb.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib. V.Rəhimzadə ölkə gənclərinin YAP-da uğurla fəaliyyət göstərdiklərini, partiyamızın yaratdığı imkanlardan bəhrələnərək Azərbaycanın ictimai-siyasi həyatında və ölkəmizin inkişafında aktiv rol oynadıqlarını bildirib.
YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov da deyib ki, Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə olunur. Onun sözlərinə görə, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən gənclər arasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, o cümlədən YAP Qaradağ rayon təşkilatının gənc üzvləri də ilk sıralardadırlar.
Daha sonra səsvermə keçirilib. Seyidməmməd Məmmədzadə YAP Qaradağ rayon təşkiatı Gənclər Birliyinin sədri, sədrin müavinləri, 57 nəfərdən ibarət şura və 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi seçilib. Həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr müəyyənləşib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

