YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
26.04.2019 [09:41]
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin rayondakı abidəsini ziyarət ediblər.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yaranıb. Onun sözlərinə görə, YAP yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində mühüm işlər görüb: “Bu gün də partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Azərbaycan gəncliyi ictimai-siyasi və sosial-iqtisadi sahələrdə aktiv fəaliyyət göstərir. Müasir Azərbaycan gəncliyi müstəqil dövlətin gəncləri olaraq özlərini cəmiyyətin fəal təbəqəsi kimi təsdiqləyiblər”.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Əzizov qeyd edib ki, konfransa 70 ilk partiya təşkilatından 220 nəfər nümayəndə seçilib. O, rayon təşkilatının 10657 nəfər üzvündən 3893 nəfərinin gənclər, 3549 nəfərinin isə qadınlardan ibarət olduğunu bildirib.
Çıxış edən gənc fəallar Pərviz Təhməzov, Xalid Nəciyev və Mehriban Ağayeva hesabat dövründə rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini müsbət qiymətləndiriblər.
Tədbirdə Milli Məclisin deputatı Rüstəm Xəlilov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarından ruhlanaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə üzərinə götürdüyü tarixi missiyanı uğurla yerinə yetirir: “Müasir dövrün tələblərinə uyğun olaraq formalaşan Azərbaycan gəncləri əməli işləri ilə ölkəmizin inkişafına töhfələr verirlər. Bu gün Azərbaycan gənclərinə göstərilən dövlət qayğısı gələcək uğurlara yol açan sağlam siyasətdir. Bunun nəticəsində gənclərimiz yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə yüksək fəallıq və vətənpərvərlik nümayiş etdirirlər”.
Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək son günlər əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə ölkəmizdə sosial sahədə həyata keçirilən dərin islahatlardan danışıb.
Sonra konfransda YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin 25 nəfərdən ibarət Şura üzvləri və 11 nəfərdən ibarət İdarə Heyətinin tərkibi müəyyənləşib. Pərviz Təhməzov YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin sədri, həmçinin 2 nəfər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti konfransına nümayəndə seçilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45

