YAP Səbail rayon təşkilatının dəstəyi ilə bir qrup Cocuq Mərcanlı məktəblisi Bakıda olub
18.05.2019 [09:50]
17-19 may tarixlərində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının və C.Əskərov adına 50 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin rəhbərliyinin və müəllim-şagird heyətinin Bakıya səfəri baş tutub. Rayon təşkilatından verilən məlumata görə, səfər iştirakçıları əvvəlcə YAP Səbail rayon təşkilatının qonağı olublar. Burada YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, təşkilatın İdarə Heyətinin üzvləri və partiyanın gənc fəalları ilə görüşüblər.
Həmçinin C.Əskərov adına 50 nömrəli tam orta məktəbdə keçirilən “Sinəsi dağlanmasın, bölünməsin bu torpaq” adlı tədbirdə olublar. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, o cümlədən Azərbaycan Dillər Universitetinin Cocuq Mərcanlıda pedaqoji təcrübə keçən bir qrup tələbəsi iştirak ediblər. Səfər çərçivəsində 50 nömrəli tam orta məktəb ilə Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Tədbir bədii hissə ilə davam edib.
Daha sonra qonaqlar üçün şəhər gəzintisi təşkil olunub.
Qeyd edək ki, 3 günlük səfər proqramında Azərbaycan Xalça Muzeyinə, Atəşgah məbədinə, “Qala” qoruğuna və Yanardağa ziyarətlər nəzərdə tutulub. Eyni zamanda, Cocuq Mərcanlı məktəbliləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində yayımlanacaq verilişdə qonaq olacaqlar.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49

