YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin hesabat konfransı keçirilib
24.05.2019 [09:42]
Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev çıxış edərək Yeni Azərbaycan Partiyasının təkcə Azərbaycanın deyil, regionun ən nəhəng, aparıcı siyasi təşkilatı olduğunu diqqətə çatdırıb. Dövlətin gənclərə qayğısından bəhs edən M.Mirzəyev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirib: “Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların dövlət mənafeləri əsasında səfərbər olunması üçün mühüm addımlar atıb. Sevindirici haldır ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Sonra YAP Gənclər Birliyinin sədri Anar Alışovun hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Əfsanə Mahmudzadə, təşkilat fəalları Ruslan Ataşlı və Şaiq Zaidli çıxış ediblər.
Konfransda Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı və perspektivləri, taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı: “Məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qısa müddətdə Azərbaycanın bütün potensialını bir araya gətirməsi mövcud problemlərin həllində xüsusi rol oynadı. Bütün işlər Azərbaycanın gələcəyi və gəncliyi üçün görülürdü. O dövr Azərbaycana siyasi, iqtisadi, hərbi sahələrdə qoyulan kapital gəncliyi qorumaq, inkişaf etdirmək, gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirməyə xidmət edirdi”.
Daha sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyanın yaradılmasının tarixi zərurət olduğunu bildirərək, ozamankı siyasi vəziyyətə diqqət yönəldib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində xalqımızın düşdüyü son dərəcə çətin vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi: “Yaranmış belə bir ağır vəziyyətdə müstəqilliyimizi və dövlətçiliyimizi yalnız Heydər Əliyev kimi dahi bir şəxsiyyət qoruya bilərdi. Bu səbəbdən Ulu Öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanı - Yeni Azərbaycan Partiyasını yaratdı. Bu partiyanın təsis olunması, sonrakı illərdə xalqın yekdil səsi ilə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycan bölünmək təhlükəsindən xilas oldu, bugünkü inkişafın təməlləri qoyuldu. Sevindirici haldır ki, hazırda müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atır”.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin 21 nəfərdən ibarət Şura və 9 nəfərdən ibarət İdarə Heyətinin tərkibi müəyyənləşib. Eyni zamanda, səsvermə nəticəsində Əfsanə Mahmudzadə YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib, həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr də müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

