Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şirvan seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək

Şirvan seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək

03.12.2009 [09:46]

Partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri Şirvan şəhərində seçicilərlə görüş keçirib
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri Şirvan şəhərinin seçiciləri ilə görüş keçirib. Görüşdə iştirak edən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bildirib ki, Azərbaycanda cəmisi 10 ildir fəaliyyət göstərən bələdiyyə sistemi artıq uğurları ilə yadda qalıb. Şirvan şəhəri üzrə bələdiyyələrə Yeni Azərbaycan Partiyasının namizədlər irəli sürdüyünü deyən Ə.İbrahimov  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının hər zaman xalqımız tərəfindən dəstəkləndiyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqitsadi siyasət nəticəsində regionlarımız böyük inkişaf yolu keçib. Artıq regionların inkişafında bələdiyyələrin də rolu genişləndiriləcək. Son illərdə Şirvan şəhərinin inkişafı göz önündədir. Bu baxımdan mən inanıram ki, dekabrın 23-də Şirvan seçiciləri məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, yaradılmasında yüzminlərlə YAP üzvünün yaxından iştirak etdiyi bələdiyyələr hər zaman xalqa xidmət prinsipini prioritet sayıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkəmizin inkişafını özündə ehtiva edən siyasi kurs hər zaman vətəndaşların rifahını, yaşayış səviyyəsinin yüksəlməsini və rahatlığını təmin edir. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz bu siyasətin daha yüksək səviyyədə inkişaf etdirilməsinə çalışacaq. Seçki kampaniyasında Yeni Azərbaycan Partiyası seçicilərin qarşısına öz proqramı ilə çıxıb. Partiyamızın istək və arzuları, qarşısına qoyduğu məqsədlər bu proqramda öz əksini tapıb. Mən inanıram ki, seçicilər hər zaman olduğu kimi real işə qiymət verəcəklər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası hər zaman vətəndaşların rifahına çalışır. Mən əminəm ki, seçicilər səs verərkən hər zaman olduğu kimi bu amili yüksək qiymətləndirəcək”.
Millət vəkili Azay Quliyev də seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıb. Natiq bələdiyyələrin tarixi ilə bağlı qısa arayış verdikdən sonra bu strukturla bağlı mükəmməl qanunvericiliyin olduğunu önə çəkib: “Azərbaycan Respublikasında bələdiyyələrin  hüquq və vəzifələri “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tənzimlənir və qanunda göstərilir ki, bələdiyyələrin yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və yerli ekoloji inkişafla bağlı proqramları mövcud olmalıdır. ümumiyyətlə, son 10 ildə bələdiyyələrlə bağlı 30-a qədər qanun hazırlanıb. Bu isə onu deməyə əsas verir ki, bələdiyyələrin fəaliyyətinin, onların statusunun təkmilləşdirilməsini nəzərdə tutan qanunvericilik bazası tamamlanıb”.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Gülhüseyn Əhmədov Azərbaycan Respublikasının Milli Məclisinin bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişikliklər etdiyini xatırladıb. Bələdiyyələrin sayının azaldıldığını önə çəkən C.Əhmədov qeyd edib ki, bu yerli özünüidarət strukturlarının işinin daha da fəallaşmasına səbəb olacaq: “Bu addım hər bir mənada bələdiyyələrin güclənməsinə səbəb olacaq. Bu gün ölkəmizdə inkişafı hədəfləyən siyasət həyata keçirilir. Azərbaycan Milli Məclisi məhz bu inkişafın tərkib hissəsi kimi bələdiyyələrdə islahatların aparılmasını dəstəkləyib. Mən inanıram ki, qarşıdan gələn seçkilərdə Şirvan şəhərinin seçiciləri də inkişafa səs verəcək. Yeni Azərbaycan Partiyası hər zaman xalqına xidmət edib, dövlətçiliyin keşiyində dayanıb. Əminəm ki, hörmətli şirvanlılıar dekabrın 23-də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.


Paylaş:
Baxılıb: 1142 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31