Deputatlığa namizəd Eldar İbrahimovun Naxçıvan şəhərində seçicilərlə görüşü keçirilib
29.01.2020 [10:04]
Fevralın 9-da keçiriləcək VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Eldar Rza oğlu İbrahimovun Naxçıvan şəhərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli ölkəmizdə həyata keçirilən islahatlardan və bu islahatların tərkib hissəsi kimi yeni parlamentin formalaşmasından bəhs edib. YAP Naxçıvan şəhər təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev görüşdə çıxış edərək seçiciləri Eldar İbrahimovun həyat və fəaliyyəti ilə yaxından tanış edib.
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Çapay Quliyev isə çıxışında müasir hüquqi, demokratik dövlətlərdə parlamentin siyasi idarəçilikdəki mühüm rolunu vurğulayıb.
Görüşdə çıxış edən deputatlığa namizəd Eldar İbrahimov bundan əvvəlki seçkilərdə ona etimad göstərib ölkə parlamentinə üzv seçdiklərinə görə seçicilərə dərin minnətdarlığını bildirib. O, Milli Məclisin üzvü kimi fəaliyyəti barədə seçicilərə hesabat verərək, parlamentin işində, onun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində, aqrar qanunvericiliyin təkmilləşdirilməsindəki iştirakından ətraflı danışıb.
Son 16 ildə ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş uğurlu dövlət quruculuğu siyasətinin bəhrələrindən söz açan namizəd həyata keçirilən siyasəti ifadə edən statistik rəqəmləri müqayisəli şəkildə seçicilərin diqqətinə çatdırıb. Xüsusən kənd təsərrüfatı, eləcə də qeyri-neft sektorunda yüksək nailiyyətlər əldə edildiyini vurğulayan Eldar İbrahimov əmin olduğunu bildirib ki, əsaslı qanunvericilik bazasının yaradıldığı bu sahənin uğurları artan dinamika ilə davam edəcək. Eldar İbrahimov seçicilərin ona növbəti dəfə etimad göstərib Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçəcəyi təqdirdə bu günə qədər olduğu kimi, bundan sonra da, parlamentin üzvü olaraq, ölkəmizin inkişafı naminə bilik, bacarıq və təcrübəsini əsirgəməyəcəyini bildirib.
Seçicilər də öz növbələrində Eldar İbrahimovu əmin ediblər ki, əvvəlki seçkilərdə olduğu kimi, builki parlament seçkisində də müstəqil Azərbaycan dövlətinin inkişafının qarantı olan Yeni Azərbaycan Partiyasının namizədini qətiyyətlə dəstəkləyəcəklər.
Yüksək fəallıq şəraitində keçən görüşə yekun vuran YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli bir daha Naxçıvan şəhər seçicilərini 9 fevralda keçiriləcək parlament seçkilərində fəal olmağa və partiyamızın namizədi Eldar İbrahimova səs veməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33

