Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nigar Hacızadə: Azərbaycan xalqı öz mübarizliyi ilə seçilib

Nigar Hacızadə: Azərbaycan xalqı öz mübarizliyi ilə seçilib

08.08.2020 [00:26]

“Azərbaycan xalqı öz mübarizliyi ilə seçilib. Ermənistanın dövlət sərhədimizin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlara qarşı istər ölkə daxilində, istərsə də xaricdə yaşayan soydaşlarımızın vahid mövqedən çıxış etməsi bunu bir daha təsdiqləyir. Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq hər bir azərbaycanlı öz dövlətinin maraqlarını qorumalıdır. Bu gün xarici dövlətlərdə nümayiş etdirilən birlik məhz ideoloji birliyimizdən doğan uğurumuzdur”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin fəal üzvü Nigar Hacızadə deyib.

Onun sözlərinə görə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmvətənlərimizə tarixi müraciəti bir daha əsl həqiqətləri dünya ictimaiyyətinə nümayiş etdirdi: “Bu gün ölkəmizin haqq səsini dünyaya çatdıran, erməni təcavüzünün ifşasına yönəlik dinc aksiyalar keçirən soydaşlarımız yaşadıqları ölkələrdə erməni lobbi və terror qruplarının təcavüzü ilə qarşılaşır, onlara xəsarət yetirilir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciəti bir daha Azərbaycan dövlətinin soydaşlarımızın arxasında olduğunu, dövlətimizin onlara sahib çıxdığını və hüquqlarının qorunması üçün mühüm addımlar atdığını göstərir”.

Paylaş:
Baxılıb: 706 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31