Vüqar Seyidov: Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri olması artıq tarixi zərurətdir
19.08.2020 [09:03]
“Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində və ədalətli həlli Azərbyacan Prezidentinin qəti və dəyişməz mövqeyidir. Bunun nəticəsidir ki, Azərbaycan dövləti həm döyüş meydanlarında, həm də diplomatik cəbhədə işğalçı Ermənistandan üstündür. Azərbaycan dünyanın əskər dövlətlərinin etimad göstərdiyi və əməkdaşlıq etmək istədiyi dövlətlərdəndir. Azərbaycanı gücləndirən, Ermənistanı isə dalana və çıxılmaz vəziyyətə salan məhz bu amillərdir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib.
V.Seyidovun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Tovuz təxribatı bir çox məqamlara aydınlıq gətirib: “Azərbaycan əsl dostlarını da, bu məqamda Ermənistana dəstək göstərənləri də gördü. İşğalçının öz adı ilə çağırılmaması sülh danışıqlarının uzun illərdir nəticəsiz qalmasına səbəb olub. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, lakin Ali Baş Komandanın dəfələrlə bəyan etdiyi kimi, dövlətimiz öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq”.
Rayon təşkilatının sədri deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və həmsədr dövlətlərin münaqişə tərəfləri arasında bərabərlik yaratması sülhün əldə edilməsinə imkan vermir: “Bütün bunlar danışıqların gedişində yenilik edilməsinin, ən azından həmsədrlik institunda və ya formatında dəyişiklik aparılmasının vacibliyini ortaya çıxarır. Hesab edirəm ki, Minsk qrupunun strukturunda dəyişikliklər edilə bilər. Məsələn, sülh danışıqlarında prosesin uğurla nəticələnməsi üçün Minsk qrupu həmsədrlərinin formatında dəyişiklik oluna, Türkiyə Respublikası danışıqlar prosesinə daxil edilə bilər. Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri olması artıq tarixi zərurətdir”.
“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində iki ölkə arasında olan münasibətlər məcmusu çox unikaldır. Müstəqilliyimizin ilk vaxtlarından Azərbaycan-Türkiyə əməkdaşlığı hər sahədə inkişaf edir, hərbi əməkdaşlığımız da bu münasibətlərin mühüm tərkib hissəsidir. Eyni zamanda, Azərbaycanın iqtisadi və hərbi qüdrəti dövlətimizin bütün səviyyələrdə milli maraqlarını müdafiə etmək iqtidarında olmasının göstəricisidir. Xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi işağl altında olan torpaqlarımızın azad ediləcəyi günü yaxınlaşdırır”, - deyə V.Seyidov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19

