YAP Səbail rayon təşkilatının 2021-ci il üçün iş planı təsdiqlənib
22.01.2021 [09:30]
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Şura və İdarə Heyətinin onlayn formatda iclası keçirilib. İclasda rayon təşkilatının 2021-ci il üçün iş planı, eləcə də təşkilatın Qadınlar Şurası, Gənclər Birliyi və Nəzarət-Təftiş Komissiyasının illik fəaliyyət planları müzakirə edilib.
YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunan Şuşa şəhərinə səfər edərək Azərbaycan xalqının və dövlətimizin gücünü, qələbə əzmini, siyasi iradəsini, şanlı Qarabağ Zəfərimizi bir daha bütün dünyaya nümayiş etdirdi. O qeyd edib ki, 2020-ci il özünəməxsus tarixi əhəmiyyəti olan “Zəfər ili” kimi Azərbaycanın müstəqillik tarixinə, ictimai-siyasi həyatına qızıl hərflərlə əbədi həkk olunub, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu döyüş meydanında əzəli düşmənimizin belini qırdı, işğalçı Ermənistanın ordusunu məhv etdi və hərbi qələbələr nəticəsində siyasi arenada da düşməni təslim olmağa vadar etdi: “Beləliklə, Azərbaycan xalqının 28 illik həsrətinə son qoyuldu, Azərbaycan torpaqları mənfur düşmənin işğalından azad olundu, ərazi bütövlüyümüz və dövlət sərhədlərimiz bərpa edildi. Ölkə başçısı İlham Əliyev informasiya müharibəsində də Azərbaycan həqiqətlərini cəsarətlə bəyan etdi. Hər bir azərbaycanlı Prezidentimizlə, Ordumuzla qürur duyur və şanlı, möhtəşəm Qarabağ Zəfərimizlə fərəhlənir”.
Dünyanı bürüyən COVID-19 pandemiyasının mənfi nəticələri istisna olmaqla, 2020-ci ilin ümumilikdə Azərbaycan üçün uğurlu il olduğunu diqqətə çatdıran Ş.Hacıyev qeyd edib ki, Səbail rayonundan olan şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır və bundan sonra da bu diqqət davam etdiriləcək.
Sonra rayon təşkilatının 2021-ci il üçün iş planı müzakirə olunub. Müzakirələrdən sonra YAP Səbail rayon təşkilatının 2021-ci il üçün iş planı yekdilliklə qəbul edilib.
Daha sonra YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova, təşkilatın Gənclər Birliyinin sədri Riyad Rüstəmli və Nəzarət-Təftiş Komissiyasının sədri Səbuhi Gülməmmədov 2021-ci il üçün təklif olunan fəaliyyət planları haqqında məlumat veriblər. Müzakirələrdən sonra illik fəaliyyət planları qəbul olunub.
Xəbər lenti
Hamısına baxElanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25

