Azərbaycanın şanlı Zəfər tarixi
29.01.2021 [09:25]
2020-ci il Azərbaycan tarixinə şanlı Zəfər ili kimi daxil oldu. Vətən müharibəsi cəmi 44 gün ərzində ölkəmizin qələbəsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında qalan doğma torpaqlarımızı işğaldan azad etdi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması gözlənilən müharibəni qaçılmaz etdi. Azərbaycan Silahlı Qüvvələri dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağ və ətraf rayonları düşmən işğalından azad etmək üçün döyüşə atıldı. Vətən müharibəsi başlayandan bir neçə saat sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək cəbhədə yaranmış vəziyyətlə bağlı birbaşa məlumat verdi. Xalq Ermənistanın növbəti dəfə də Azərbaycana qarşı hərbi təcavüz aktına əl atması faktını rəsmən eşitdi: “Bu gün səhər Ermənistanın siahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmən hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu erməni faşizminin növbəti təzahürüdür”.
Xalqımız bir daha gördü ki, Ermənistan danışıqlar prosesini pozmaq, ərazilərin işğalda qalmasını qeyri-müəyyən müddətədək uzatmaq məqsədilə təxribata əl atıb. Cənab Prezident müraciətini bu fikirlərlə başa vurmuşdur: “Bu gün Azərbaycan Ordusu öz torpaqlarında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpaqlarımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ Ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Ölkəmizin rəhbərinin dediyi kimi də oldu, ilk gündən düşmənin ön müdafiə xətti yarıldı, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi. Qələbəyə doğru inamla irəliləyən cəsur əsgərlərimiz işğal olunmuş torpaqlarımızı sürətlə azad etdi.
Cəbhədən gələn bütün sevindirici, müjdəli xəbərləri Azərbaycan xalqına birbaşa Ali Baş Komandan Özü verdi. Oktyabrın 4-də Cəbrayıl şəhərinin və bu rayonun 9 kəndinin, 5 gün sonra Hadrut qəsəbəsinin və 8 kəndin işğaldan azad edilməsini tarixi qələbəmiz adlandırdı. 17 oktyabrda Ali Baş Komandan böyük məmnunluq və sevinc hissi ilə Füzuli şəhərinin və bir neçə kəndin azad olunmasını, 3 gün sonra isə Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad edilmiş yaşayış məntəqələrinin siyahısını diqqətə çatdırmaqla yanaşı, Zəngilan şəhərinin və bu rayonun 6 kəndinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi. 26 oktyabrda Qubadlı şəhərinin və rayonun bəzi kəndlərinin işğaldan azad olunduğunu fəxr hissi ilə bəyan etdi. Cənab Prezident vurğuladı ki, o kəndlərin hamısı dağıdılıb, lakin Azərbaycan xalqının da, dövlətinin də o yerləri bərpa etməyə gücü çatacaq.
Vətən müharibəsi başlanan gündən cənab Prezidentin xalqa ünvanladığı növbəti müraciəti isə ölkədə, sözün həqiqi mənasında, qələbə və bayram əhval-ruhiyyəsi yaratdı. Bu müraciət Vətən yolunda, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən müqəddəs şəhidlərimizin uyuduğu məkandan - Şəhidlər xiyabanından ünvanlanırdı. Müzəffər Ali Baş Komandanımız bildirdi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim Şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.
Dövlət başçısı bu müjdəni doğma xalqına Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını dedi. Şəhidlərimizin ruhu qarşısında ehtiramını bildirərək bəyan etdi ki, onların qanı yerdə qalmır. Onların intiqamını döyüş meydanında aldıq.
Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin məzarını da ziyarət etdiyini, ruhu qarşısında baş əydiyini söyləyərək ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt olduğunu vurğuladı. Məhz həmin tarix - xalqımızın tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “8 noyabr - Zəfər Günü” kimi təsis edildi.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 10 noyabr gecəsi doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi. “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Və uzun illər davam edən işğala son qoyan bu Bəyanata böyük fəxarət və sevinc hissi ilə imza atdığını vurğuladı.
Lütvəli Şıxəliyev
YAP Saatlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51

