YAP Laçın rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib
10.09.2021 [09:41]
Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq edildikdən sonra YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayon təşkilatının XI hesabat konfransı əvvəlki konfranslardan fərqli əhval-ruhiyyədə keçirilir. Belə ki, 28 illik həsrətdən sonra Ali Baş Komandanımızın, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğal altında olan torpaqlarımızı işğaldan azad edib. Ordumuzun gücü qarşısında aciz qalan işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 10 noyabr 2020-ci ildə imzalanmış birgə Bəyanata əsasən, Laçın rayonu bir güllə atılmadan işğaldan azad edildi. Artıq laçınlılar məcburi köçkün deyillər, onlar qısa zamanda doğma yurdlarına qayıdacaqları günü gözləyirlər.
İ.İlyasov qeyd edib ki, hazırda rayon təşkilatının 32 ərazi ilk partiya təşkilatında 3612 nəfər üzv birləşir ki, onlardan da 1611 nəfəri qadın, 732 nəfəri isə gəncdir. Sonuncu konfransdan keçən müddət ərzində 333 nəfər rayon sakini partiya sıralarına qəbul edilib ki, onlardan 266 nəfəri qadın, 140 nəfəri isə gəncdir.
Sonra YAP Laçın rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Novruz Nəcəfovun məruzəsi dinlənilib.
Müzakirələr zamanı Milli Məclisin deputatı Mahir Abbaszadə, YAP Laçın rayon təşkilatının Şura üzvü Əmirxan Zeynalov, rayon təşkilatının fəal üzvü Aytac Abbasova və rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Məmişzadə çıxış edərək rayon təşkilatının hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev əvvəlcə 44 günlük Vətən müharibəsi nəticəsində digər rayonlarımız kimi Laçının da işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və qeyd edib ki, hazırda azad olunmuş ərazilərimizə insanların qayıdışı üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir. O, belə bir inam ifadə edib ki, YAP Laçın rayon təşkilatının da doğma yurda qayıdışdan sonra fəaliyyətində yeni mərhələ başlayacaq.
“Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə nəticəsində ərazi bütövlüyü təmin olunan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirilir. Bu proseslərdə YAP daim ön sırada olub”, - deyən Ə.Tağıyevin sözlərinə görə, YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla yanaşı, bu siyasətin uğurlarını da xalq arasında geniş təbliğ etməkdədirlər.
Ə.Tağıyev, həmçinin qarşıda duran vəzifələrdən danışıb, YAP Laçın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, konfransda YAP Laçın rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

