Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
11.09.2021 [10:18]
Sentyabrın 10-da Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi barədə məlumat verib.
İclasda ilk olaraq Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələrinin təsdiq edilməsi haqqında məsələyə baxılıb. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu barədə məlumat verdikdən sonra hər bir əsasnamə ayrı-ayrılıqda müzakirəyə çıxarılaraq təsdiq olunub.
Sonra Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə yeni üzvlərin daxil edilməsinə baxılıb və Hacıbala Abutalıbov, Şəmsəddin Xanbabayev və Tağı Əhmədovun YAP Veteranlar Şurasına üzv qəbul edilməsi haqqında qərar qəbul edilib.
İclasda növbəti məsələ isə Bakı şəhərinin rayonları üzrə Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi olub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə əsasən partiyanın yerli təşkilatları yeni prinsiplər əsasında formalaşdırılmalıdır. Eyni zamanda, Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz. Bütün bu tələblərdən irəli gələrək YAP-ın yerli təşkilatlarına yeni sədrlərin seçilməsi ehtiyacı yaranıb. İclasda məsələ müzakirə olunub və Nağıyev Muxtar Teymur oğlu Səbail rayon təşkilatına, Süleymanov Azər Abdul oğlu Nəsimi rayon təşkilatına, Nəbiyev Bəxtiyar Eyvaz oğlu Yasamal rayon təşkilatına, Vəliyev Samir Əhməd oğlu Nərimanov rayon təşkilatına, Rəhimzadə Vüqar Gəncəli oğlu Xətai rayon təşkilatına, Vəlibəyov Ramil Vaqif oğlu Nizami rayon təşkilatına, İsmayılov Vüsar Qəşəm oğlu Binəqədi rayon təşkilatına, Vəliyev Misirxan İzzət oğlu Sabunçu rayon təşkilatına, Seyidov Vüqar Səməndər oğlu Suraxanı rayon təşkilatına, Əhmədov Namiq Məcid oğlu Xəzər rayon təşkilatına, Əliyev Qafar Məmməd oğlu Qaradağ rayon təşkilatına, Abasov Emil Tofiq oğlu Pirallahı rayon təşkilatına sədr təyin olunublar.
İclasda sonra Yeni Azərbaycan Partiyasının təsis etdiyi “Yeni Azərbaycan” qəzetinə yeni baş redaktorun təyin edilməsi məsələsi müzakirə olunub. Qeyd olunub ki, uzun illər “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışmış Milli Məclisin deputatı Hikmət Məmmədov YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici müəyyən edilib. Buna görə də “Yeni Azərbaycan” qəzetinə yeni baş redaktorun təyin olunması zərurəti yaranıb.
Müzakirələrdən sonra Alqış Musayevin “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub.
İclasda Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.
İclasda, həmçinin Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra YAP üzvlüyündən xaric edilmiş şəxslər haqqında YAP rayon (şəhər) təşkilatlarının qərarları təsdiqlənib və YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyuşovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı məsələ müzakirə olunub.
Məsələ ilə bağlı İdarə Heyətinin üzvlərindən Azər Badamov, Elmar Qasımov, Hikmət Məmmədov, Musa Quliyev, Bayram Aslanov, Bahar Muradova, Tofiq Cahangirov, Eldar İbrahimov, Anar İsgəndərov və Rəşad Mahmudov çıxış edərək qeyd ediblər ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Ramiz Göyüşovun etikadan kənar, əxlaqa zidd hərəkəti YAP üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb, eyni zamanda cəmiyyətimizdə hiddətlə qınanılıb. Bildirilib ki, onun Azərbaycan ziyalısı adına layiq olmayan, qeyri-etik, milli-mənəvi dəyərlərdən uzaq davranışı yolverilməzdir. Ramiz Göyüşov bu qeyri-etik davranışı ilə partiyanın nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilməlidir.
İdarə Heyəti edilən çıxışlarda səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq Ramiz Göyüşovun YAP sıralarından xaric olunması barədə yekdil qərar qəbul edib.
Sonda cari məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29

