/ / Azərbaycanın uğurlu siyasəti bütün hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir
Azərbaycanın uğurlu siyasəti bütün hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir
18.04.2022 [12:58]
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən sonrakı dövrdə qazanılan uğurlar fonunda qarşıdakı dövr üçün səsləndirdiyi hədəflərdən geniş bəhs edərək tezliklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafı ilə dünyanın diqqətində olacağını böyük qürur hissi ilə bildirib: “Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan real işlərin tərəfdarıdır. Gələcəkdə bölgənin inkişafı ilə bağlı çox aydın təsəvvürlər var.
Ölkəmizin 30 ilə yaxın müharibə şəraitində yaşadığı dövrə nəzər salaq. Azərbaycan torpaqlarımızı işğaldan azad etmək üçün bütün sahələrdə biri-birindən əhəmiyyətli uğurlara imza atdı, təcrübəsi nümunə oldu, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 30 illik işğalçılıq siyasəti Ermənistanın özünə baha başa gəldi. Ermənistan işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən təcrid olundu, iqtisadi böhran içərisində yaşayaraq ölkədən kütləvi tərketmələr davamlı hal aldı. Müstəqilliyi formal xarakter daşıyan Ermənistan havadarlarının maraqlarını həyata keçirilmələrində bir vasitə rolunu oynadı. Ermənistandan fərqli olaraq Azərbaycan 30 ildə tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Ölkəmiz qarşıya qoyduğu bütün hədəflərə çatmaq üçün səylər göstərir. 30 illik işğal dövründə torpaqlarımızın azad edilməsi əsas hədəf idisə, tarixi Zəfərimizdən sonra postmünaqişə dövrünün reallıqlarının qəbulu istiqamətində mühüm addımlar atılır və nəticə göz önündədir.”
Məhəmməd Balaqadaşov qeyd edib ki, dövlət başçısı İlham Əliyev müşavirədə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu, möhkəmlənən mövqeyini əsaslı şəkildə diqqətə çatdırıb: “Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar postmünaqişə dövrünün reallıqlarını qəbul edir, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün dəstəklərini göstərməyə hazır olduqlarını bildirirlər. Bu gün də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə keçirilən görüşü və nəticələri geniş şərh olunmaqdadır. Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilən həmin görüşdə qəbul olunan sənəddə sülh müqaviləsinin hazırlanması ilə bağlı razılaşma öz əksini tapıb. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Reallıq budur ki, sülh müqaviləsinin imzalanması Ermənistanın son şansıdır. 30 ildə havadarlarının dəstəyi ilə münaqişənin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirən, danışıqlara imitasiya naminə qatılan Ermənistan bunun hansı sonluqla başa çatdığını gördü. Dövlət başçısı İlham Əliyev müşavirədə bu bəyanatı da səsləndirmişdir ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu Ermənistanın təxminən 4-5 milyard dollar dəyərində hərbi texnikasını məhv etdi. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Təbii ki, Ermənistana 30 ilə yaxın dövrdə dəstək olmasaydı, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyi üçün təzyiqlər göstərilsəydi, silahlandırılmasaydı 44 günlük Vətən müharibəsi yaşanmazdı.”
YAP Xaçmaz rayon təşkilatının sədri Azərbaycanın uğurları fonunda dövlət başçısı İlham Əliyevin hər bir çıxışında, o cümlədən müşavirədə səsləndirdiyi bu çağırışı bir daha vurğulayib ki, biz heç vaxt bu işğalı, erməni vəhşiliyini unutmamalıyıq: “1990-cı illərin əvvəlində Ermənistan tərəfindən Azərbaycana qarşı aparılmış etnik təmizləmə siyasəti, Xocalı soyqırımı tariximizin unudulmayan faciəli səhifələridir. Ermənistan silahlı qüvvələrinin 44 günlük İkinci Qarabağ müharibəsində törətdikləri Gəncə, Bərdə, Tərtər və sair soyqırımı aktları çox da uzaq olmayan tarixin səhifələridir. Bunları unutmaq olarmı? Dünya 30 ilə yaxın işğal dövründə, həmçinin Vətən müharibəsi zamanı ermənilərin törətdikləri təxribatlara göz yumdu, ədalət və beynəlxalq hüquq maraqlardan arxada dayandı. Azərbaycan 44 günlük Vətən müharibəsində bu məfhumların mövcudluğunu dünyaya çatdırdı və qəbul etdirdi. Hazırkı postmünaqişə dövründə Azərbaycana marağın daha da artması, reallıqların qəbulu dövlətimizin dəyişməz mövqeyinin, real həqiqətlərə əsaslanan təbliğatının nəticəsidir.”
“Azərbaycan qazandığı uğurlarla kifayətlənməyərək daim irəliyə baxır. Postmünaqişə dövründə də ölkəmizin iqtisadi uğurları diqqət mərkəzindədir. İqtisadi imkanlarımızın artması fonunda ordu quruculuğu sahəsində də mühüm işlər görülür. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyası genişlənir. Dövlət başçısı İlham Əliyev müşavirədə qarşıdakı illərdə bu ərazilərimizdə görüləcək işləri diqqətə çatdırdı. Əsas məqsəd soydaşlarımızın yüksək şəraitdə yaşayışını təmin etməkdir. 30 ilə yaxın dövrdə qazandığımız uğurlar 44 gündə torpaqlarımızın işğaldan azad edilməsini şərtləndirməklə yanaşı, bərpa-quruculuq işlərini də yüksək səviyyədə həyata keçirməyə stimul verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əlbəttə, gələcəyə baxdıqda, əminliklə deyə bilərik ki, Azərbaycan daha da güclənəcək”,- deyə Məhəmməd Balaqadaşov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41

