YAP Bərdə rayon təşkilatında “Xalqın vahidliyi” mövzusunda tədbir keçirilib
18.05.2022 [18:21]
“İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilovun təşkilatçılığı ilə keçirilən tədbir YAP rayon təşkilatının həyətində şəhər 3 saylı tam orta məktəbin açdığı şagirdlərin əl işlərindən ibarət sərgiyə və xalqın vahid birlyi ilə bağlı hazırladıqları kompozisiyaya baxışla başlamışdır.
Sonra tədbir rayonun şəhid anaları, qazilər, müxtəlif kateqoriyadan olan iş adamları, media, özəl sektor və müxtəlif partiyaların yerli təşkilatlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa arxasında keçirilmişdir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla anıldıqdan sonra Sadiq Xəlilov mövzunun mahiyyətini açıqlamış, xalqımızın vahidliyinin dövlətimizin qazandığı qələbələrin əsas amili olduğunu xüsusi vurğulamışdır.
Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya xalqımızın ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq ideologiyası ətrafında respublikamızda yaşayan bütün millətlərin vahid xalq birliyinin möhkəmliyindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında və dəmir yumruğu ətrafında xalq – iqtidar - Ordu birliyindən və xalqın vahidliyinin bəxş etdiyi uğurlardan danışmış, onun Qələbələrimizi təmin və əbədi edən mühüm faktor olduğunu bildirmişdir.
Diskussiya şəraitində keçən tədbirdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri-Samir Səfərov, Etibar Hüseynova, Mehparə Mustafayeva, Tofiqə Məmmədova, Teymur Həmidov, Məhərrəm Şəfiyev, həmçinin şəhid ailələri – Radə Qurbanova, Arzu Hüseynova, Türkanə Qəribzadə, Qeyri hökumət təşkilatı və İctimai Birliklərin sədrləri Aydın Zeynalov, Bəxtiyar Hüsiyev, Nərgiz Cəfərova, iş adamı Fəxrəddin Hüseynov, bələdiyyə sədri Knyaz Əliyev, media və din adamları xalqın vahidliyinin müxtəlif aspektlərinin təbliğ olunmasının böyük əhəmiyyətindən danışmışlar.
Tədbir YAP Bərdə rayon təşkilatının foyesində qoyulmuş ulu öndər Heydər Əliyevin büstünün ətrafında birliyin rəmzi olaraq şəkil çəkdirilməsi ilə başa çatmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
Gündəm
31 Avqust 13:08
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21

