/ / Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələri beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir
Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələri beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir
07.06.2022 [11:06]
Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Ölkəmiz hazırda dünyada nəhəng neft və qaz ixrac edən ölkələrdən biri kimi tanınır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Ulu öndərimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı, mərhələ-mərhələ həyata keçirdiyi milli neft strategiyası öz bəhrəsini verir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını Azərbaycan diplomatiyasının qələbəsi hesab etmək olar. Müqavilə Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Daxili bazarın tələbatını tam ödəyən ölkəmiz digər ölkələrin enerji təhlükəsizliyində getdikcə daha mühüm rol oynamağa çalışır.
Cənub Qaz Dəhlizinin işə salınması və fasiləsiz işləməsi Azərbaycanı dünyanın aparıcı qaz və neft ixrac edən ölkələri ilə bərabər səviyyəyə qaldırdı. Cənub Qaz Dəhlizi cəmi bir il beş aydır fəaliyyət göstərir, lakin bu, bizim fəxr edə biləcəyimiz layihədir. Bu gün Azərbaycanın payına Aİ-nın tələbatının cəmi 5%-i düşür, lakin bir sıra Avropa ölkələrinin Azərbaycan qazının idxalından artan asılılığını nəzərə alaraq, Azərbaycan “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağı hədəfləyir.
Bundan başqa, Xəzər dənizi külək enerjisi potensialına görə dünyada ikinci yerdədir. Bu yaxınlarda Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Xəzər dənizində elektrik enerjisi istehsalı üçün potensialın olduğunu və bu gün Azərbaycanla Aİ arasında yaşıl enerji üzrə dialoqun aparıldığını bildirib. Bundan əlavə, Cənub Qaz Dəhlizi hidrogeni nəql etmək potensialına malikdir ki, bu da enerji keçidi və tamam ekoloji təmiz yanacaqlardan istifadə istiqamətində gələcək addımlar üçün vacibdir.
Azərbaycan erməni işğalından azad edilmiş ərazilərində alternativ enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. İşğaldan azad edilmiş torpaqların, xüsusən də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavatdır. Burada diqqət külək və günəş enerjisinə yönəlib. Dünyanın aparıcı enerji şirkətləri “ACWA Power” və “Masdar” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda ümumi istehsal gücü 470 meqavat olan günəş və külək enerjisi ilə işləyən iki elektrik stansiyası tikilir və gələn il istifadəyə veriləcək. Beləliklə, böyük enerji potensialı yaşıl enerji layihələrinin uğurla həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir.
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

