Ramil Orucov: Azərbaycanın enerji diplomatiyası regional təhlükəsizliyə xidmət edir
08.09.2022 [13:28]
Azərbaycanın müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsinə çevirib. Müasir dövrümüzdə reallıq ondan ibarətdir ki, Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanına malikdir. Bu gün həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayan Azərbaycan regionun milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atan yeganə ölkəsidir.
Bunu açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan Azərbaycanın qlobal layihələri dünya iqtisadiyyatında Vətənimizi özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir. Enerji təhlükəsizliyi üçün böyük təminat verən neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Qürurverici haldır ki, Azərbaycanın enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir, ölkəmiz qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.
Prezident cənab İlham Əliyevin avqustun 31-də İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, “The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, "Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu" mövzusunda çıxışı bir daha təsdiq etdi ki, müstəqil Azərbaycan Cənubi Qafqazın əsas söz sahibidir.
Ramil Orucov onu da vurğulayıb ki, dünyanın mühüm məsələlərinin müzakirə edildiyi və nüfuzlu dövlət başçılarının, ictimai-siyasi xadimlərin, politoloqların iştirak etdiyi forumdakı çıxışı ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni geopolitik durumun real mənzərəsini yaratdı, beynəlxalq ictimaiyyətə yeni siyasi-iqtisadi münasibətlərin zəruriliyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu diqqətə çatdırdı. Dövlətimizin başçısı forumda enerji strategiyası ilə bağlı bütün məqamları nüfuzlu dövlət başçılarının, ictimai-siyasi xadimlərin, politoloqların nəzərinə yönəltdi, hazırda Avropanın ciddi ehtiyac duyduğu ölkəmizin təbii qaz potensialını konkret göstəricilərlə xarakterizə edərək, respublikamızın 2,6 trilyon kubmetrə bərabər ehtiyata malik olduğunu, son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı kimi tanındığını xüsusi ilə vurğuladı.
Ölkə Prezidentimizin İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində də Azərbaycanın iqtisadi imkanlarını, Avrasiyada əsas enerji təminatçısı rolunu daha da genişləndirdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Cənab İlham Əliyev həmçinin qeyd edib ki, dünyada mövcud vəziyyətlə əlaqədar Azərbaycan əlavə qaz həcmlərinin ixracı ilə bağlı çoxsaylı müraciətlər alır və onlara baxmağa hazırdır.
Bütün bunlar sübut edir ki, enerji ehtiyatları ilə kifayət qədər zəngin olan Azərbaycanın iştirakı olmadan Avropa istiqamətində uzanan enerji layihələrinin reallaşdırılması mümkünsüzdür. Öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında quran Azərbaycanın qitədə enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır- deyə YAP Gəncə şəhər təşkilatınən sədri Ramil Orucov qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27

