YAP Ucar rayon təşkilatının yaranmasının 29-cu ildönümü qeyd olunub
12.09.2022 [17:56]
YAP Ucar rayon təşkilatının yaranmasının 29-cu ildönümü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Ucar rayonunun mərkəzində ucaldılmış abidəsi önünə tər çiçək dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar. Sonra tədbir Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərərgahında davam edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti müstəqil Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. Təşkilat sədri vurğulayıb ki, YAP yaradıldıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, xalqın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində partiyanın sıraları genişləndi və 1993-cü il sentyabrın 11-də Ucar rayon təşkilatı yaradıldı.
Daha sonra YAP Ucar rayon təşkilatının sədr müavini Nuru Piriyev rayon təşkilatının fəaliyyəti barədə məruzə edərək qeyd edib ki, partiyanın "Yeni, müstəqil Azərbaycan uğrunda" ideyasından çıxış edən YAP Ucar rayon təşkilatı dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak edir. N.Piriyev bildirib ki, 1993-cü il sentyabr ayında 19 ərazi təşkilatında 160 nəfər üzvü olan rayon təşkilatının sıraları ötən illərdə rayon ziyalıları, xüsusilə də qadınların və gənclərin üzvlüyü ilə böyüyərək hazırda 58 ərazi təşkilatı üzrə 4286 nəfərə çatıb.
Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon Təhsil sektoru Ərazi Partiya Təşkilatının sədri Yeganə Süleymanova çıxışlarında bundan sonra da partiyanın qarşıya qoyduğu vəzifələrin icra olunmasında fəal olacaqlarını ifadə ediblər.
Milli Məclisin deputatı Ramil Həsən isə partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalq və dövlət qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışıb. Ramil Həsən Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilməkdədir. Bu tarixi reallığı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir.
Daha sonra millət vəkili vurğulayıb ki, YAP Ucar rayon təşkilatı fəaliyyəti ilə seçilir.
Ramil Həsən istər 1-ci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində savaşımızın zəfərlə nəticələnməsində Ucardan olan qəhrəman oğulların şücaətindən, torpaqlarımızın azadlığı, birlik və bərabərlik uğrunda canlarını fəda edərək şəhid, qazi, veteran və Vətən müharibəsi iştirakçısı olan Ucar sakinlərindən danışıb: “Bu gözəl gündə - partiyamızın yerli təşkilatının 29-cu ildönümündə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi bir daha hörmət və ehtiramla yad edir, dəyərli qazilərimizə uzun və sağlam ömür arzulayıram”.
Millət vəkili Ramil Həsən Yeni Azərbaycan Partiyasının Ucar rayon Təşkilatının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını və partiya üzvlərinin hər birini bir daha təbrik edib, günbəgün genişlənən, üzvlərinin sayı durmadan artan, siyasi müstəvidə rəqibi olmayan Yeni Azərbaycan Partiyasının dövlətin istər siyasi, istərsə də sosial-iqtisadi sahədə apardığı islahatların həyata keçirilməsində bundan sonra da öz töhfələrini verəcəyini vurğulayıb və əmin olduğunu bildirib ki, bu gün Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi sayılan Yeni Azərbaycan Partiyası bu sahədə də liderliyi özündə saxlayacaq.
Sonda rayon təşkilatının həyatında fəal iştirak edən bir qrup partiya üzvlərinə Fəxri Fərman və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olundu.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30

