Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması vaxtı gəlib çatıb
28.10.2022 [15:35]
II Qarabağ döyüşlərindən öncə boş-boş bəyanatlar verən, öz ordusunun gücünə güvənən bir ölkənin cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb yalvarması heç də uzaq tarix deyil. Cəmi 2 il bundan öncə baş verən bu həqiqətlərə dünya şahidlik edib. Lakin bu müharibədən öncə də, savaşdan sonra da qalib ölkənin müzəffər sərkərdəsi kimi İlham Əliyev proseslərin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu bəyan edib. Müharibədən öncə İlham Əliyev bütün beynəlxalq təşkilatların ali tribunasından BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasının yerinə yetirilməsinin vacibliyini dünyaya çatdırırdı. Münaqişənin qan tökülmədən sülh yolu ilə həll olunmasını istəyən Azərbaycan Prezidenti Ermənistana yol göstərirdi. Amma zaman göstərdi ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində hüququn gücü keçərli deyil.
Azərbaycan öz gücü ilə 30 il işğal altında olan torpaqlarını düşməndən təmizlədi və Ermənistanı kapitulyasıya aktına imza atmağa məcbur etdi. Bundan sonra regionda yeni reallıqlar yarandı və İlham Əliyev yenə də Ermənistanı sülh müqaviləsi imzalamağa dəvət etdi. O müqavilə ki, məhz Ermənistanın sosial-iqtisadi fəlakətdən qurtulmasını şərtləndirən sənəd sayılır.
Sentyabrın 21-də Laçına, sentyabrın 27-də, Anım günündə Füzuliyə səfərlərində qalib Ali Baş Komandan bir daha Ermənistanın əsl məqsədinin nəyə xidmət etdiyini dünyaya çatdırdı və həmişə olduğu kimi, yenə də məğlub ölkəyə çıxış yolu göstərdi. Prezident dedi ki, törətdiyi təxribatlar, səsləndirdiyi iddialar Ermənistanın sülh istəmədiyini, yenə də revanşist fikirlərlə yaşadığını göstərir. İlham Əliyev bunu faktlar əsasında bir daha göstərərək bildirdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif edib. Sözdə onları qəbul ediblər, amma əməldə iş görmürlər. Yenə də vaxt uzatmaq taktikası seçiblər. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Azərbaycan isə dəmir yolunu, avtomobil yolunu Zəngilana qədər çəkib. Gələn ilin sonuna qədər hər iki layihə Ermənistan sərhədinə çatacaq. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar. Bu azmış kimi tərk etdikləri ərazilərimizə minalar basdırırlar. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənib və bu minalar 2021-ci ildə basdırılıb, yəni müharibədən sonra. Bu, əlbəttə ki, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb.
Prezident dedi ki, Ermənistanın Azərbaycana qarşı müharibəsi davam edir. Amma bunun da həddi var. Dəfələrlə bu ölkəyə xəbərdarlıq edilib ki, bunun nəticəsi ancaq onlar üçün ağır ola bilər, 44 günlük müharibədəki aqibətlərini unutmasınlar.
Laçından, Füzulidən bir daha Ermənistana və onun havadarlarına səslənən İlham Əliyev bəyan etdi ki, Azərbaycan müharibə yox, sülh müqaviləsinin imzanlamasını istəyir. Ancaq əgər Ermənistan yenə də təxribat törədəcəksə, layiqli cavabı veriləcək. Ermənistan yaxşı fikirləşməlidir. Artıq Azərbaycanla heç kim ultimatum dili ilə danışa bilməz və ermənilər heç kimə də bel bağlamasınlar. Azərbaycanı heç kim və heç nə dayandıra bilməz. Ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.
İndi hansı qərarın veriləcəyi rəsmi İrəvandan asılıdır. Ya sülh sazişini imzalayaraq dövləti və illərdir sosial-iqtisadi böhran şəraitində çabalayan erməni xalqını bataqlıqdan qurtaracaq, ya da bundan imtina edərək ölkəni daha acınacaqlı duruma, məhvə sürükləyəcək. Çünki Ermənistana yaxşı bəllidir ki, İlham Əliyev sözünə, vədinə sadiq lider kimi, verdiyi qərarlarda hər zaman qətiyyət nümayiş etdirib. Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, əgər təklif edilən 5 prinsip əsasında sülh müqaviləsinin imzalanmasını qəbul etməsə, onda Azərbaycan Ermənistanın müstəqilliyini tanımadığını rəsmən elan edəcək.
Hər şey açıq şəkildə ortadadır. Cənab Prezident İlham Əliyev konkret mövqe nümayiş etdirərək həm Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, həm də sülh danışıqlarına hazır olduğunu əməlləri ilə sübuta yetirir.
Vüsal Hüseynov – YAP Xocavənd rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42

