Din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edən İran
24.11.2022 [12:06]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Tarixə nəzər salsaq görmək olar ki, bütün dövr və dönəmlərdə özünü dost kimi göstərməyə çalışan İran Azərbaycana qarşı hər zaman məkirli siyasət aparmışdır. Din pərdəsi altında İranın anti-Azərbaycan mövqeyi, dövlətimizə və ərazi bütövlüyümüzə qarşı yönələn siyasəti heç kəsə sirr deyil.
Özünü müsəlman ölkəsi kimi təqdim edən İran “molla rejimi” tarixin bütün dönəmlərində ermənipərəst mövqeyi ilə seçilən, ölkəmizə qarşı təxribatlar xarakterli münasibət bəsləyən dövlət olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, İran müstəqil Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirib və rəsmi Tehranın Azərbaycanla bağlı mövqeyinin əsasında da məhz bu amil dayanıb.
İranın şovinist “molla rejimi” hələ 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dönəmlərdə də ermənipərəst mövqeyi ilə seçilmiş və bununlada kifayətlənməyib işğal olunmuş yaşayış məntəqələrimizdə yaşayış binalarının, infrastruktur obyektlərinin sökülüb talan edilməsi proseslərində də yaxından iştirak etmişdir.
İran sözdə bir, əməldə isə tam fərqli mövqe nümayiş etdirən ölkələrdəndir. Sözdə özünü din qardaşı adlandıran İran hələ işğal dövründə bəyan edirdi ki, guya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycana maddi və mənəvi yardım göstərir və dəstəkləyir. Amma reallıqda Ermənistanla işbirliyi qurur, ona hərtərəfli hərbi, iqtisadi və siyasi dəstək verir, ən əsası Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına hər cür köməklik göstərirdi.
Özünü "İran İslam Respublikası" adlandıran, ancaq əslində bütün islam dünyasının adına qara ləkə yaxan “molla rejimi” 30 il ərzində erməni işğalında qalmış ərazilərimizdəki dini, mədəni abidələrimizin, məscidlərimizin və qəbiristanlıqlarımızın dağıdılıb, təhqir olunmasına göz yumdu. İranın əsl iç üzü məhz bundan ibarətdir.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən sonra İran daha açıq şəkildə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyə başladı.
Lakin İranın “molla rejimi” unutmamalıdır ki, Azərbaycan 30 il bundan öncəki Azərbaycan deyil və heç bir təhdid Azərbaycanı haqq yolundan döndərə bilməz. Bu gün Azərbaycan Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasət strategiyası, düşünülmüş və uzaqgörən xarici siyasət kursu sayəsində dünyada və regionda böyük nüfuza malik olan qüdrətli dövlətdir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56

