/ / Azərbaycan, Türkiyə və Türkmənistanın strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələri mövcuddur
Azərbaycan, Türkiyə və Türkmənistanın strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələri mövcuddur
15.12.2022 [11:49]
“Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş bu münasibətlər ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Təsadüfi deyil ki, bu gün hər üç ölkənin strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələri mövcuddur. Məhz 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Eləcə də Azərbaycanın Türkiyə ilə 2021-ci ildə imzaladığı Şuşa Bəyannaməsi iki ölkənin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Ölkələr bir-birinə qarşılıqlı dəstək verir, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində əməkdaşlıq edirlər”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
R.Vəlibəyov bildirib ki, Azərbaycan, Türkmənistan və Türkiyə arasındakı əməkdaşlıq Asiya ilə Avropa arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir: “Reallıq ondan ibarətdir ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıblar. Onu da əlavə edək ki, haqqında danışılan ölkələr Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçılarıdır. Bu gün Avropadan Asiyaya və əksinə uzanan ticarət yolları üzərində yerləşən hər üç dövlət Avrasiyada mühüm əməkdaşlıq platformasını formalaşdırırlar. Hər üç ölkə eyni zamanda yerləşdikləri geostrateji məkanın enerji təhlükəsizliyinin də təmin olunmasında əhəmiyyətli rola malikdirlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq zəfər qazanmasından sonra Orta dəhlizin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizinin reallaşdırılması da regionda yeni nəqliyyat-kommunikasiya işbirliyi üçün əlverişli şərait yaradacaq”.
“Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində imzalanmış energetika, nəqliyyat, gömrük, ticari-iqtisadi səhələrdə əməkdaşlığa dair sənədlər də qeyd olunan sferalarda uğurlu layihələrin reallaşdırılmasına əlavə imkanlar verəcək” – deyən R.Vəlibəyov əlavə edib ki, Azərbaycanın reallaşdırdığı nəqliyyat-logistika və kommunikasiya layihələri bütün ölkələrin birgə fəaliyyəti mühüm imkanlar açır: “Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması nəzərdə tutulur. Eləcə də Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonası yaxın illərdə tam gücü ilə işə başlayacaq. Həmçinin, 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir və bu gün Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Bundan başqa regionun mühüm nəqliyyat arteriyası olan Bakı-Tbilisi-Qars dəmir yoluna əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Bütün bunlarla yanaşı Bu gün Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərirki, işğaldan azad olunmuş Laçında sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub. Bir sözlə, Azərbaycan malik olduğu nəqliyyat-logistika və kommunikasiya imkanları Azərbaycan, Türkmənistan-Türkiyə əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə təkan verir. Bütün bunlar Avrasiyada iri enerji, nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsinə vəsilə olacaq”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36

