İlham Əliyev Heydər Əliyevin milli ideoloji kursunu uğurla davam etdirir
23.12.2022 [18:08]
"Dövlət başçısı İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Prezident seçkisində Azərbaycan xalqının mütləq əksəriyyətinin yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın ümummilli lider Heydər Əliyevin siyasətinə olan inamının, etibarının və etimadının göstəricisidir. Dahi şəxsiyyətin siyasi varisi olaraq cənab İlham Əliyevin bu qalibiyyəti sayəsində yeni inkişaf mərhələsinin təməli qoyuldu və bu gün ümummilli lider, müasir və müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyevin siyasi xətti, zəngin və milli maraqlara xidmət edən milli ideoloji kursu uğurla davam etdirilir. Məhz bu siyasi strategiyanın dövlət başçısı İlham Əliyev tərəfindən uzaqgörənliklə və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, ulu öndərin arzuladığı kimi Azərbaycan dünyaya günəş kimi doğur”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə 2003-cü ildən başlayan və bu günədək davam edən inkişaf dövründə dövlətimiz və xalqımız bir çox uğurlara nail olub. İstər xarici, istərsə də daxili siyasi kursun uğurla həyata keçirilməsi ilə bütün sahələrdə yüksək tərəqqi əldə olunub. Dövlətin idarəedilməsində yüksək peşəkarlıq, müdrik və uzaqgörən siyasət, mütəmadi həyata keçirilən islahatlar, ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadi, sosial, mədəni həyatımızda baş verən müvəffəqiyyətlər deyilənləri sübut edir. İqtisadi, siyasi sahədə qazanılan nailiyyətlər, reallaşdırılan regional və daha irimiqyaslı layihələr nəticəsində Azərbaycan dünyanın inkişaf tempinə görə ən çox irəliləmiş ölkələri sırasındadır. İqtisadi artım tempinə görə liderliyini qoruyan dövlətimizin uğurları dünyanın müxtəlif aidiyyatı qurumları tərəfindən təqdim edilən hesabatlarda qeyd olunur. Xüsusilə neft və enerji sektorundakı islahatlar, dünya dövlətləri ilə əməkdaşlıq ölkəmizin dünyadakı rolunu və nüfuzunu xeyli artırıb.Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində olduqca mühüm rol oynayır.
İqtisadi uğurların əldə olunması inamlı addımların və uğurlu qərarların əsasında duran təhsil, səhiyyə sahələrində, eləcə də xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində sosialyönümlü islahatların reallaşdırılmasında əsas rol oyanayır. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib: “Görülən bütün işlərin fonunda dövlət başçısı İlham Əliyev dünyada tanınmış dövlət xadimi səviyyəsinə qədər ucalıb. Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı yaradıb. Gələcəyə hesablanmış dövlət siyasəti dövlət siyasətinin müasir modelini formalaşdırıb. Beynəlxalq təşkilatların fəaliyyətindətəmsilçilik yüksək səviyyədə və dövlətimizin maraqlarına cavab verəcək şəkildə davam etdirilir. Prezident İlham Əliyevin də çıxışlarında dəfələrlə vurğuladığı kimi, dövlət-xalq-iqtidar birliyi, həmrəyliyiuğurlarımızın əsas amillərindən biridir. Bir sözlə, milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu”.
Rayon təşkilatının sədrinin sözlərinə əsasən, xüsusilə bu birlik və həmrəylik, dövlətimizin qətiyyəti və qüdrəti sayəsində 30 ilə yaxın erməni işğalı altında olan tarixi torpaqlarımız azad edildi. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyümüz bərpa edildi. Bizlərə bu sevinci və qüruru yaşadan dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla rəşadətli ordumuza, xalqımıza, qəhrəman övladlarımıza borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39

