Tarixi torpaqlarımıza qovuşacağımız gün uzaqda deyil
30.12.2022 [10:30]
“Prezident İlham Əliyev cari ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə olduqca mühüm və əhəmiyyətli tarixi məqamlara toxunmuşdur. Tarixən Azərbaycan xalqının başına gətirilən müsibətlər, etniktəmizləmə, tarixi torpaqlarımızdan deportasiya, işğal, soyqırımları, həmin ərazilərimizdə tarixi izlərimizin və kimliyimizin silinməsinə edilən cəhdlər tarixi faktlardır. Təəssüflə qeyd etməliyik ki, uzaq və yaxın tarixi keçmişdə xalqımıza qarşı baş verən bu hadisələr davamlı xarakter almış, məqsədyönlü şəkildə torpaqlarımızın saxta olaraq, heç bir tarixi əsası olmadan özününküləşdirilməsi, erməniləşdirilməsi prosesi yerinə yetirilmişdir. Bu faktlar inkar oluna bilməz. Tarix təhrif olunmamalıdır. Tarixi obyektiv olaraq araşdıran, bu faktlara istinad edən hər kəs deyilənlərin həqiqət olduğunu görəcək”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə Ermənistan və onun havadarları bu tarixi faktların silinməsində və gizlədilməsində maraqlıdır. Bütün dünya hansı dövlətə və xalqa qarşı baş verməsindən asılı olmayaraq, tarixi faktların saxtalaşdırılmasına, haqsızlıqlara qarşı mübarizə aparmalı, məsələlərə şəxsi maraqlardan, ikilistandartlardan yanaşmamlıdır. Qərbi Azərbaycanda, tarixi ərazilərimizdə etnik azərbaycanlılara qarşı baş verənlər əsl cinayətdir. Dövlətimizin qətiyyəti sayəsində bu tarixi faktların üzə çıxarılması, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində mühüm işlər görülür. İnanırıq ki, bu addımlar öz müsbət nəticəsini verəcək və həmin ərazilərimizdən deportasiya olunan soydaşlarımız öz yurd-yuvalarına qayıdacaq.
Rayon təşkilatının sədrinin fikrincə, tarixi faktlar sübut edir ki, Qərbi Azərbaycandan, indiki Ermənistandandeportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb. Birinci mərhələ 1905–1920-ci illər, ikinci mərhələ 1948–1953-ci illər, üçüncü mərhələ 1988–1992-ci illərdə baş verib: “Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib. 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi, dini mədəni abidələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər sübut edir. Bir sözlə, indi Ermənistan ərazisi bizim tarixi torpaqlarımızdır və soydaşlarımızın hüquqları tam bərpa olunmalı və onlar öz ata-baba yurdlarına geri qayıtmalıdırlar”.
Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərib. Qürurla bildiririk ki, xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub, saxlayıb. Hüquqi müstəvidə bütün lazımi tədbirləringörülməsi üçün dövlətimiz və xalqımız daha qətiyyətlidir və mübarizə aparmaq əzmindədir. Əminik ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımıza qovuşacağımız gün uzaqda deyil.
Xəbər lenti
Hamısına baxİdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55

