Ermənistanın yeni missiya oyunu iflasa məhkumdur
27.01.2023 [13:54]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Müharibənin bitdiyi iki ildən çox müddət ərzində bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır.
Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu baxımdan, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ölkəmiz tərəfindən müsbət qarşılandı. Brüssel formatı çərçivəsində indiyədək liderlərin bir neçə görüşü keçirilib və həmin görüşlərdə müvafiq bəyanatlar qəbul olunub. Son olaraq Praqada keçirilmiş görüşdə isə Aİ-nin yerdə vəziyyətin qiymətləndirilməsi üçün regiona qısamüddətli missiya göndərilməsinə dair razılaşma əldə olunmuşdu. Əslində, Fransa bunu regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün fürsət kimi qiymətləndirirdi. Buna görə də Azərbaycan öz ərazisinə missiyanın gəlməsinə imkan vermədi. Bundan bir neçə gün sonra isə Fransa Prezidenti ölkəmizə qarşı əsassız çıxışlar etdi və dövlətimizin başçısı E.Makronun vasitəçiliyinin bundan sonra mümkün olmadığını bəyan etdi. Missiya isə Ermənistanda sərhəd missiyası kimi fəaliyyət göstərdi və ötən il dekabrın 19-da öz fəaliyyətini başa vurdu. Lakin bundan sonra Aİ birtərəfli olaraq Ermənistana iki illik müddətə yeni monitorinq missiyası göndərməyə qərar verdi. Yeni missiyanın yaradılması etimad mühitini sarsıdır və buna görə də Azərbaycan onunla hər hansı əməkdaşlıq nəzərdə tutmur. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi də rəsmi olaraq öz mövqeyini bəyan edib.
Yeni missiyanın yaradılması Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Bu, Azərbaycanla Ermənistan arasında olan problemlər kontekstində forma dəyişikliyidir və heç bir yeni məzmun kəsb etmir. Aİ-nin açıqlamasından isə görünür ki, yeni missiyanın əlavə funksiyası Ermənistanda təhlükəsizlik məsələlərinin öyrənilməsindən ibarətdir. Məsələnin belə qoyuluşu da əlavə suallar doğurur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır. Nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyanın hərbi bazası yerləşir və ölkənin iqtisadiyyatı böyük dərəcədə ruslardan asılıdır. Amma indi Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanı regiona gətirməyə cəhd edir.
Bir daha görünür ki, Avropa İttifaqı Şurası Ermənistana uzunmüddətli missiya göndərməklə bağlı qərarını məhz Fransanın təhriki ilə qəbul edib. Fransanın Aİ-nin missiyasının tərkibində regiona gəlmək istəyinin motivləri bəllidir -böyük bacı kiçik bacının yanında olmağa çalışır. Avropa İttifaqı Şurasının Fransanın, E.Makronun əlində alətə çevrilməsi isə təəccüb və təəssüf doğurur. Axı Avropa İttifaqı tək Fransadan ibarət deyil, onun sərhədləri daha genişdir.
Avropa İttifaqı Şurasının Ermənistana 100 nəfərdən ibarət iki illik missiyanın göndərilməsi haqqında qərar qəbul etməsi Ermənistanın və Aİ-nin Praqa razılaşmasından uzaqlaşdıqlarını ortaya qoyur. Praqada baş tutan müzakirələrdə regiona Aİ-nin missiyasının gəlməsi Azərbaycanın siyasi rəhbərliyi ilə razılaşdırılmışdı. Ancaq bu dəfə sülhyaratma prosesinin tərəfi olan Azərbaycanla müzakirələrin aparılmasına ehtiyac duyulmayıb. Bu, Aİ tərəfindən atılan yanlış bir addımdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, danışıqlar formatını sarsıntıya məruz qoymaq anlamına gəlir: “Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq. O danışıqlar formatları ilə bağlı burada sual verildi. Minsk qrupu “rəhmətə gedəndən” sonra indi Avropa İttifaqı öz rolunu oynamağa başlamışdır və biz bunu dəstəklədik. Mən şəxsən bir neçə dəfə bu haqda açıqlama vermişdim. Demişdim ki, biz bunu təqdir edirik. Ancaq əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək. Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni, danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa”.
Beləliklə, Ermənistan və onun havadarları regionda yeni siyasi oyuna başlayır. Amma həmişəki kimi uduzmağa məhkumdurlar.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30

