Şuşa Bəyannaməsi yeni inkişaf mərhələsi yaratdı…
09.06.2023 [11:32]
Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq nümunəsi bütün dünya üçün örnəkdir. Münasibətlərini "Bir millət, iki dövlət" tezisi üzərində quran Azərbaycan və Türkiyənin yaratdığı birlik regionda əsl güc mərkəzi formalaşdırdı. 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan tarixi Şuşa Bəyənnaməsi isə iki ölkənin gələcək inkişafnda yeni mərhələnin başlanğıcını qoydu. Bu sənəd post-müharibə dövründə demək olar ki, bütün sahələrdə əməkdaşlığın və münasibətlərin ən yüksək formaya daşınmasına imkan yaratdı.
Şuşa Bəyənnaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni eranın başlanğıcıdır. Qardaş münasibətdə olan iki dövlət arasında imzalanmış bu sənəd qarşıdakı dövrdə istər əlaqələrin genişləndirilməsində, istərsə də təhlükəsizlik məsələlərində mühüm rol oynayır - hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi hər iki ölkənin regional və beynəlxalq rolunu və çəkisini artırır. Bu sənəd nəinki regionda, ümumən Avroasiya məkanında yeni bir siyasi mənzərə formalaşdırdı. Bu mənzərə isə növbəti mərhələdə Türk Dövlətləri Təşkilatının daha da güclənməsini, türkdilli ölkələrin arasında inteqrasiyanın sıxlaşması ilə nəticələndi. Bu uğurları isə son olaraq iyunun 3-də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsindən sonra səlahiyyətlərinin icrasına başlaması münasibətilə keçirilmiş təntənəli mərasimdə əyani şəkildə müşahidə etdik. Bütün dünya Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı bağlılığı, qarşılıqlı əməkdaşlığı və qardaşlığı gördü.
Şuşa Bəyannaməsində Azərbaycan ilə Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər, həmçinin diaspor fəaliyyətinin əlaqələndirilməsi təşəbbüsləri, bir sözlə çoxşaxəli inkişaf trayektoriyası yer alır. Bu Bəyannaməni Azərbaycan ilə Türkiyə münasibətlərinin yeni dövr üçün yol xəritəsi də adlandırmaq olar.
Bəyannamə iki ölkə arasında mövcud olan yüksək starteji əlaqələrin daha da genişləndirilməsinə zəmin yaratdı - Bəyannamənin məhz Şuşa şəhərində imzalanması isə simvolik bir xarakter daşıyırdı. Bu, hətta "İkinci Qarabağ Zəfəri" də adlandırıldı. 2021-ci ilin 15 iyununda təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla, bütün dünyanın nəzərləri Şuşaya yönəldi. Şuşada imzalanmış Bəyannamə hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, region dövlətləri arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılması, beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirilməsinin vacibliyi və bir sıra digər olduqca mühüm müddəaları özündə ehtiva edir. Bu isə qarşıdakı dövrdə Türkiyə və Azərbaycan üçün əlaqələrin inkişafında yeni bir mərhələ yaradır.
YAP Hacıqabul rayon təşkilatının sədri
İsmayıl İbrahimov
Xəbər lenti
Hamısına baxİdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55

