Münasibətlərdə yeni səhifənin başlanğıcı
20.06.2023 [10:50]
Dövlət başçısı İlham Əliyevin daim səsləndirdiyi “Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq” çağırışı Azərbaycan-Türkiyə münasibətlərinin dərin köklərə malik olduğunu nümayiş etdirir. Münasibətlərin əsas göstəricilərindən biri dövlət başçılarının qarşılıqlı səfərləri, ən əsası Prezident seçildikdən sonra ilk səfərlərini Azərbaycana, yaxud Türkiyəyə etmələridir. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ənənəyə uyğun olaraq prezident seçkilərindən sonra iyun ayının 12-də Şimali Kipr Türk Respublikasının ardınca Azərbaycana səfər etdi. Dövlət başçısı İlham Əliyev bu səfəri belə dəyərləndirdi: “Seçkilərdə Sizin qələbəniz 20 ildən çox müddət ərzində apardığınız siyasətin Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya çapında böyük güc mərkəzinə çevrilmişdir. İstər xarici siyasət sahəsində, istər daxili siyasət sahəsində fəaliyyətiniz Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir. Sizin qələbəniz Azərbaycan xalqını da çox mutlu etmişdir.” İki ölkə arasında iqtisadi, siyasi, hərbi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələrin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır. Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına, maraq doğuracaqlarına inamların tükənməzliyi bu gün də aktuallığını qoruyur. Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatlarında “Məmnunluq hissi ilə qeyd etdik ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq” söyləyən dövlət başçısı İlham Əliyev bu mühüm məqama da diqqəti yönəltdi ki, bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Buna da böyük tələbat var. Enerji sahəsində iş təbii qaz məsələsi ilə məhdudlaşmır. Bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Hazırda həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində fəal əməkdaşlıq edirik. Təbii ki, müzakirə olunan məsələlər sırasında nəqliyyat da xüsusi yer tutur. İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Prezidentlərin təkbətək, eyni zamanda, geniş tərkibdə görüşlərində Zəngəzur dəhlizinin tezliklə açılması haqqında geniş fikir mübadiləsi aparıldı. Dövlət başçısı İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu bildirdi: “Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.” Cənab İlham Əliyev keçirilən görüşlərin həm görülən işlərə yekun vurduğunu, həm də nəzərdə tutulan layihələrlə bağlı yol xəritəsi olduğunu qeyd etdi. Bu səfərin də uğurlu olacağına əminliyini ifadə edən dövlət başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlığının hər zaman yüksək səviyyədə davam edəcəyini böyük əminliklə bəyan etdi. Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada qibtə ilə izlənildiyini bildirən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Şuşada baş konsulluğunun açılmasına toxunaraq bunun başda Ermənistan olmaqla, bütün dünyaya bir mesaj kimi diqqətə çatdırdı. Ümumilikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki qardaş ölkə arasındakı müttəfiqlik, dostluq, qardaşlıq münasibətlərində yeni səhifənin başlanğıcı oldu.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

