Möhkəm təməl uğurların davamlılığında əsasdır
14.07.2023 [11:52]
Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə daim dünyanın diqqətindədir. İyulun 11-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirilən rəqəmlər bir daha bu reallığı təsdiqlədi ki, möhkəm təməl uğurların davamlılığında əsasdır. Qeyd olundu ki, hazırkı dövrün əsas hədəfiləri ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsidir. Bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib. Qeyri-neft sənayemiz 6,5 faiz, qeyri-neft sektoru 3 faizdən çox artıb. Həmçinin maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb. Buna səbəb oldur ki, maliyyə sektorunda nizam-intizam möhkəmləndirilib, vergi və gömrük orqanlarında islahatlar davam etdirilib, şəffaflıq təmin olunub. Bu isə ilin ortasında büdcəyə yenidən baxmağa və dürüstləşmə aparmağa imkan yaratdı: “Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq.”
Dünyada baş verən mənfi meyillər fonunda Azərbaycan iqtisadiyyatı öz inkişaf tempini qoruyur. Təbii ki, bu, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasına əsaslanır. Cənab İlham Əliyev hazırda yalnız işğaldan azad edilmiş ərazilərimizin deyil, bütün bölgələrimizin sosial -iqtisadi inkişafını diqqətdə saxlayır. “İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir. Sənaye inkişafı ilə bağlı və digər məsələlərlə bağlı bizim çox böyük maliyyə resurslarımız cəlb edilir, səfərbər olunur. Əlbəttə ki, biz ayrılan hər bir vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir - həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, hərbi gücümüzün də artırılması prioritetdir: “Biz bu siyasəti aparmaqla ölkəmizin qüdrətini artırırıq. Çünki bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq.”
Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb. Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək.
Dövlət başçısı İlham Əliyev müşavirədə, həmçinin diqqəti ölkəmizin əlverişli coğrafi mövqeyinin yaratdığı nəqliyyat imkanlarına yönəltdi. Bu gün Azərbaycan ərazisindən daşınan beynəlxalq yüklərin həcmi artmaqdadır. Ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir. Amma gələcəkdə bu dinamikanı qorumaq və daha yüksək nəticələrə nail olmaq üçün dövlətimizin başçısının müşavirədə səsləndirdiyi istiqamətlər inkişaf etdirilməlidir. İqtisadi və maliyyə imkanlarımız artdıqca işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, eyni zamanda, Ordunun gücləndirilməsi istiqamətində səylər daha da artırılır. Bu gün Azərbaycan heç kimdən asılı olmayan ölkədir. İşğaldan azad edilmiş ərazilərimizdə bütün işlər sıfırdan Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir. Təkcə bu fakt Azərbaycanın iqtisadi inkişafının təqdimatıdır.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28

