Möhkəm təmələ əsaslanan qardaşlıq
28.08.2023 [16:20]
“Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.” Dövlət başçısı İlham Əliyev ölkəmizə dövlət səfəri edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə birgə mətbuata bəyanatlarında ölkələrimiz, xalqlarımız arasında əlaqələrin dünəninə nəzər salaraq qarşıdakı dövr üçün hədəfləri açıqladılar.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. Bu sənəd ölkələrimiz arasında əlaqələrin sonrakı inkişafında yol xəritəsi oldu.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri möhkəm üzərində yüksələn xətlə inkişaf edir. Ötən il dövlət başçısı İlham Əliyev üç dəfə Özbəkistanda olub. 2022-ci ildə Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü keçirildi. Həmin tədbirdə türk dünyasının böyük ailə olduğunu önə çəkən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir.
Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçısı bu çağırışı etdi: “Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.”
Türkdilli dövlətlər arasında ikitərəfli əməkdaşlığın dərinləşməsi öz növbəsində beynəlxalq təşkilatlarda, xüsusilə Türk Dövlətləri Təşkilatında əlaqələrin möhkəmlənməsinə böyük töhfədir. Bu baxımdan Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı türk düyasının birliyini şərtləndirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident seçkilərindən sonra məhz ilk səfər etdiyi ölkə Azərbaycan oldu. Eyni ənənəni Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də həyata keçirdi və prezident seçkilərindən sonra Azərbaycana səfər etdi.
Özbəkistan Prezidentinin Azərbaycana səfərinin özəlliyini şərtləndirən mühüm məqamlardan biri də Qarabağa səfəri oldu. Füzulidə, Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşada görülən bərpa-quruculuq işləri ilə yaxından tanış olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva, həmçinin iki ölkənin dostluğunun, qardaşlığının göstəricisi olan məktəbin açılışında iştirak etdilər.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan Prezidentləri iki ölkə arasında Ali Dövlətlərarası Şuranın yaradılması haqqında müqaviləni imzalanmaqla bir daha münasibətlərimizin qarşıdakı dövr üçün yol xəritəsini təqdim etdilər. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Özbəkistan Prezidentinin ölkəmizə dövlət səfəri ölkələrimiz arasında əlaqələrin zəngin tarixinə yeni bir möhtəşəm səhifəni yazmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinə stimul olacaq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

