Qondarma “seçki” şousu
14.09.2023 [11:21]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət ölkəmizin Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin qanunsuz “seçkilər”lə bağlı dövlətimizin mövqeyini ifadə edib. Bu da ondan ibarətdir ki, ölkəmizin ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Konstitusiyası və qanunları təşkil edir.
Ümumiyyətlə, saxta və qanunsuz “seçkilər”in keçirilməsi bir daha Ermənistan və onun yaratdığı oyuncaq rejimin sülh prosesində həqiqətən maraqlı olmadığını bir daha göstərir. Ermənistanın sülhə və Azərbaycanın suveren ərazisində yaşayan etnik ermənilərlə təmaslara mane olması və bölgədə müharibə çağırışları Azərbaycan dövlətini antiterror əməliyyatları aparmağa məcbur edir. Baş verəcək hər hansı hadisələrə görə isə məsuliyyəti Ermənistan və onun havadarları daşıyacaq.
Beynəlxalq birlik də artıq Ermənistanın bölgədə sülhə maraqlı olmadığını, sadəcə manipulyasiya ilə məşğul olduğunu yaxşı anlayır. Oyuncaq rejim isə bu kimi addımlarla guya “varlığını” nümayiş etdirməyə çalışır. Nəzərə almaq lazımdır ki, hələ Ermənistanın 30 illik işğalçıq siyasəti dövründə Qarabağ separatçıları beynəlxalq müstəvidə münaqişənin tərəfi kimi tanınmırdı. Münaqişənin tərəfi yalnız Azərbaycan və Ermənistan idi. 44 gün günlük Vətən müharibəsində Azərbaycanın tarixi zəfərindən sonra regionda vəziyyət bütünlüklə dəyişib. Bir ovuc separatçılar Rusiya sülhməramlılarının məsuliyyət zonasında gizlənib. Belə bir şəraitdə onların hansısa “seçki” şousu əhəmiyyətsizdir və bu davranışlar onların sonunu daha da yaxınlaşdırır. Təsadüfi deyil ki, hətta Ermənistan hökumətinin qondarma “seçki” ilə bağlı separatçıları təbrik etməyə cəsarəti çatmadı. Yəni, qondarma “prezident seçkiləri”nin heç bir ölkə və beynəlxalq qurum tərəfindən tanınmaması və bir çox ölkələr tərəfindən sərt qarşılanması erməniləri həm məyus etdi, həm də gülünc vəziyyətə saldı. Onlar düşünürdülər ki, separatçıları dəstəkləyən ölkələr olacaq. Lakin Ermənistanın bu siyasi hiyləgərliyi də iflasa uğradı, onlar özlərini gülünc və çətin duruma saldılar.
Artıq dünyanın bir sıra dövlətləri qanunsuz “seçkiləri” pisləyərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək nümayiş etdiriblər. bu dövlətlər arasında qardaş Türkiyə, Pakistan, o cümlədən ABŞ və digərləri də var.
Lakin bəzi ölkələr və beynəlxalq təşkilatlar var ki, onlar hələ də susqunluq nümayiş etdirir. Onlar da beynəlxalq birliyin subyektləri olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bu akta düzgün siyasi qiymət verməli, separatizmə qarşı öz etiraz səslərini ucaltmalı və qanunsuz fəaliyyətləri açıq şəkildə pisləməlidirlər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39

