Vaşinqton separatizmə rəvac verir: məkrli siyasətin gerçək mahiyyəti
16.09.2023 [22:31]
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
ABŞ öz riyakar sifətini bir daha göstərdi. İkili standartlarla münasibətlər quran, üzdə demokratiyadan, haqq-ədalətdən dəm vuran ABŞ-nin bu riyakarlığı zatən hamıya bəlli bir məsələdir. Lakin bəzən insan haqları, ədalət mövzusunda gur-gur guruldayan Amerika Birləşmiş Ştatları özünə sərf etməyəndə susur və qeyd edilən dəyərlər arxa plana keçir.
ABŞ harada olursa, orada çiçəklənən, rifah halının yaxşılaşmasını göstərən bir nəsnə olduğuna kimsə nümunə gətirə bilməz. Elə gözlərimiz önündə, Misirdə, Liviyada, Tunisdə, İraqda, Əfqanıstanda baş verənlərə nəzər salmaq kifayətdir. ABŞ-nin yağlı vədləri ilə inqilaba qoşulan xalqların indi hansı gündə olduğunu hamı yaxşı bilir.
Zaman-zaman Azərbaycanda radikal müxalifəti şirnikləndirib hakimiyyətə gətirəcəyi vədi ilə xaos yaratmağa cəhd göstərən "Sem dayı" indi də başqa yola əl atıb. Qardaş Türkiyəni bir neçə il bundan əvvəl məhvə sürükləmək planı baş tutmadıqdan sonra bölgədə indi də ermənilərə dəstək verib yeni qan ocaqları yaratmağa çalışan da ABŞ-dir.
Onun-bunun əlində yüz illərdir oyuncağa çevrilən ermənilər də Yaxın Şərq ölkələrinin gününə düşməyə namizəddir. Onlar hələ də başa düşmürlər ki, ABŞ Ermənistanı ikinci Ukrayanaya çevirib pul qazanmaq üçün yeni imkanlar axtarışındadır.
Azərbaycan ABŞ-nin necə “ədalət mücəssəməsi” olduğunu hələ 1992-ci ildən bilir və unutmamışıq. Təcavüzə məruz qalan biz olsaq da, "təcavüzkar" adı ilə 907-ci düzəliş Azərbaycana qarşı tətbiq olunanda bilindi ki, ABŞ Cənubi Qafqazda xristian missionerliyindən başqa bir işlə məşğul deyildir.
İndi də suveren hüququmuz olan sərhəd-keçid məntəqələri haqqında mənasız tələblər irəli sürən ABŞ senator və konqresmenləri bilməlidir ki, Azərbaycan öz ərazisinə daxil olan yüklərin nədən ibarət olduğunu, kimin gəlib-getdiyini bilmək haqqına sahibdir. Tək bircə bu fakt sübut edir ki, ABŞ-nin ikili standartlarının maskalanmış sifəti aydınlaşmış olsun.
Sözdə separatizmin əleyhinə olan ermənipərəst dairələr Qarabağdakı bir ovuc erməninin “seçki” keçirməsinə münasibətini elə ifadə etdi ki, etməsə daha yaxşı olardı. Candərdi, şifahi şəkildə guya bu seçkini tanımadığını ən kiçik məmurun dili ilə səsləndirib ardınca tələblər irəli sürməyin heç bir əhəmiyyəti yoxdur.
Sonda bildirməliyik ki, qeyd edilənlər inkarolunmaz faktlardır. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində öz sözünü demiş xalq olaraq nə milli dəyərlərinə, nə də əbədi və əzəli torpaqlarına kimsənin sahiblənməsinə imkan verməyəcəkdir!
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

