Zəfərə gedən yol
13.10.2023 [16:20]
Bu gün Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Prezidentlik dövrünün 20 illik siyasi fəaliyyətinə baxış və Zəfərə gedən yol mövzusunda konfrans keçirdi
Konfrans başlamazdan əvvəl tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdilər.
Konfrans rayon təşkilatının Ərazi Partiya Təşkilat sədrləri ilə birlikdə YAP Beyləqan rayon təşkilatının inzibati binasında davam etdirildi.
Konfransı giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov konfransın gündəliyinə uyğun olaraq geniş məruzə ilə çıxış etdi. O, bildirdi ki, Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabr tarixindən 20 il ötür. 2003-2023-cü illər Azərbaycan dövlətinin inkişafa başlayıb, zəfərlə bitən ən şərəfli dövrüdür.
Cənab İlham Əliyev 2003-cü ilin 15 oktyabr tarixində xalqın səsinin mütləq əksəriyyətini qazanaraq keçirilmiş seçkilərdə yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin tarixdən etibarən, Azərbaycan xalqı öz səsini Ümummilli Lider Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sülhün və sabitliyin qorunmasına vermişdir. Dövlət başçısı ölkəmizin beynəlxalq əlaqələrini genişləndirməklə, beynəlxalq arenadakı nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb. Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin məqsədi müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Bu istiqamətdə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Şübhəsiz ki, bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi: - işğal altında olan torpaqlarımız düşməndən azad edilsin və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımız dalğalansın! 27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsi dövründə, eləcə də, 19-20 sentyabr 2023 - cü il tarixdə başlanan lokal antiterror əməliyyatı bir daha sübut etdi ki, Azərbaycanın bütün siyasi təzyiq və təhdidlərə sinə gəlməsi, dövlət başçısının beynəlxaq arenada qətiyyətli siyasət yürütməsinin nəticəsidir. Qazanılan Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə, dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Beləliklə, dövlət başçısı tərəfindən yürüdülən praqmatik siyasət, rəşadətli Azərbaycan ordusunun gücü və xalqın dəstəyi vəhdət təşkil edərək tarixi ədaləti bərpa etdi.
Digər çıxış edənlər İcra Hakimiyyəti Ərazi Partiya Təşkilatının sədri Yeganə Məmmədova, Şəhər 1 saylı Ərazi Partiya Təşkilatının sədri Mehman Əliyev və Araz qəsəbə Ərazi Partiya Təşkilatının sədri Zaur Qədirov Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün apardığı məqsədyönlü dövlət siyasaətinin regiondakı qüdrətindən və bu siyasətin nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasından söz açdılar.
Xəbər lenti
Hamısına baxİdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55

